edən başqa müalicə üsullrının istifadəsini azaldır. •
Onlar fərdi inkişafın həmahəngliyi, şəxsiyyətlərarası münasibətlərin genişləndirilməsi, emosional reaksiya, əhval- ruhiyyənin yaxşılaşdırılması, yorğunluğun aradan qaldırılması, zədələyici təəssüratlardan yayınmaq üçün çox faydalıdır və psixoterapevtik məqsədlər üçün geniş istifadə olunur. •
Fərdin bədii ifa səviyyəsi burada əhəmiyyətsizdir, yalnız şəxsiyyətə, onun vəziyyətinə təsir etmək vacibdir.
Zehni məşq üçün •
kifayət qədər geniş üsullardan istifadə edilir. •
Bura daxildir : •
autogen məşq •
vizuallaşdırma •
bəzi meditativ üsullar.
1. Autogen məşq üsulu emosiyaların intensivliyi ilə əzələ gərginliyi arasındakı əlaqəyə əsaslanır. Diqqəti müxtəlif əzələ qruplarına yönəltmək və onların istirahətini təsəvvür etmək və ya özünü buna inandırmaqla emosiyaları dolayı yolla idarə etmək mümkündür. ►Autogen (yunan autos - özü və genos - yaranan) təlim 1932-ci ildə alman psixoterapevti İ.Şults tərəfindən təklif edilən özünü hipnoz üsuludur. Üsulun mahiyyəti: özünü hipnozla bədəndə ağırlıq hissi oyanır və s. əzələlərin boşalması əldə edilir - sonra bədənin müxtəlif funksiyalarına yönəlmiş özünü hipnoz həyata keçirilir.