Gündəlik yazmaq •
Gündəliyin hər hansı forması həyat təcrübəsini qaydaya salmağa, yaşananların və insan həyatının dəyərini dərk etməyə, özünü və başqalarını daha dərindən anlamağa, həyəcanların intensivliyini azaltmağa (refleksiyaya keçidlə müəyyən dərəcədə gərginlikdən azad olmağa) kömək edir. •
Özünü inkişaf etdirmək üçün gündəliyin əhəmiyyəti böyükdür.
Bioloji tərs əlaqə •
Bunun nə olduğunu aydın şəkildə başa düşmək üçün güzgünü xatırlayaq: ona baxaraq xarici görünüşümüz haqqında məlumat alırıq. Lazım olsa, saçlarımızı darayırıq, paltarları düzəldirik. •
Həmçinin terapiya zamanı: xüsusi avadanlıqların köməyi ilə insan öz bədəninin parametrlərini görə və ya eşidə bilər. •
Üsul, qeyri-iradi (müvafiq sinir mərkəzləri tərəfindən) tənzimlənən müəyyən fizioloji proseslərin iradi tənzimlənmək qabiliyyətinə əsaslanır, bu da məşq zamanı artır. •
Metod xarici əks əlaqənin texniki sistemlərindən istifadə etməklə həyata keçirilir.
Psixoloji maarifləndirmə və onun formaları •
Psixoloji maarifləndirmə - əhali (tərbiyəçi, müəllim, məktəblilər, valideynlər, geniş ictimaiyyət) arasında psixoloji yardıma, praktik- psixoloqun fəaliyyətinə müsbət münasibət formalaşdırmaq və onların bu sahədə dünyagörüşünü genişləndirməyə yönəlmiş mütəxəssis-psixoloqun profilaktik fəaliyyətinin bir hissəsidir.