Fərdi söhbət. •
Tibbi təcrübədə söhbət yalnız tədqiqat - diaqnostika və psixoterapevtik məqsədlər üçün deyil, həm də sanitariya maarifləndirilməsi üçün geniş istifadə olunur. •
Tibb maarifləndirmədə bu variant saatın dörddə birinin həcmində qiymətləndirilir. Söhbət fərdi iş prosesində həyata keçirilir və təhsil sistemində psixoloji maarifləndirmənin vəzifələrinin həyata keçirilməsinin səmərəli formasıdır. •
Əslində, psixoloqun öz peşə vəzifələrinin icrası çərçivəsində pasiyentilə istənilən ünsiyyəti maarifçilik funksiyalarını yerinə yetirir. Söhbətin mövzusu konkret tələb üzrə işin məzmunundan və əldə edilən ilkin nəticələrdən irəli gəlir. Söhbətin hər hansı versiyası üçün əsas tələb- etik pedaqoji taktikaya riayət etməkdir.
Qrupla söhbət •
Praktik psixoloqun işində belə söhbət sinif saatlarında, pedaqoji şurada və ya valideyn iclasında aparıla bilər. •
Bu, psixoloqun şagirdlər, valideynlər, müəllimlər və s. arasında psixoloji ünsiyyətinin planlaşdırılmış variantıdır.
•
Radio və video kanallarda (televiziyada) söhbət və çıxışlar. Elektron mediada vasitəsi ilə planlaşdırılmış söhbət və ya videoçarxlar psixoloji məlumatı ünvana çatdırmaq üçün çox təsirli vasitədir. Auditoriya ilə birbaşa əlaqənin olmaması ictimai nitqin məzmununa çox diqqətli olmağı