1. Məntiqə sığınma. Bu müdafiə mexanizması insanın hər hansı bir davranışına bəhanələr gətirməsi şəklində özünü göstərir. İnsan bəhanələr gətirərək öz davranışının daha az yanlış olduğunu göstərməyə çalışır. Məsələn, imtahanda cavabları köçürərkən yaxalanan bir tələbə bu yanlış davranışını ört-basdır etmək üçün “hər kəs tələbəykən imtahanda köçürüb” ya da “köçürməyə imkan yaradan bir müəllimin imtahanında köçürmək yanlış bir davranış deyil, hətta məharətdir” deyərək öz davranışına haqq qazandırmağa çalışır. Məntiqə sığınma insanın stresini azaldır
2. Əks etdirmə. İnsanın özündə olan qüsurları başqalarında görmə davranışı əks etdirmədir. İnsan əks etdirmə davranışını göstərərək “Nə edim, indi hamı belədir. Mən də insanlara ayaq uydurmalıyam, bu davranışı məndən cəmiyyət tələb edir. Mənim əlimdə olan bir şey deyil” məsajını verir.