Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3


Böyük qrup 30-40-dan artıq insan birliyidir



Yüklə 0,86 Mb.
səhifə19/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   15   16   17   18   19   20   21   22   ...   95
Böyük qrup 30-40-dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə bilirlər. Bu cür qruplara çoxsaylı tələbə və müəllim kollektivi olan universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. aid etmək olar. Ən böyük insan birliyi bəşəriyyətdir.

Kiçik qrup 2-dən 30-40-a qədər insan birliyidir. Kiçik qruplarda insanların bir-biri ilə təması daha yaxın və daimi xarakter daşıyır. Kiçik sosial qrupların üzvləri ümumi bir işlə məşğul olur, bir-biri ilə birbaşa qarşılıqlı əlaqədə olurlar. İnsan həyatının çox hissəsini bu qrupun daxilində keçirir. Ona görə də bir-birilərini yaxından tanıyırlar. Kiçik qrupların üzvlərinin sayı 7 nəfərdən artıq olmadıqda belə qrupları ilkin kiçik qrup adlandırırlar. Məsələn, yeni yaranmış ailəni ilkin kiçik qrup adlandırırlar. İnsan adətən bu ilkin kiçik qrupun iştirakçısı olur. Hər hansı mikro sosial qrup onun iştirakçıları üçün ilkin qrupa çevrilə bilər. Bütün ilkin qruplar eyni zamanda kiçik qrup olub uzun müddət, bəzən insanın ömrü boyu davam edən qruplar olaraq qalır. İlkin qrupun iştirakçıları arasında yaxınlıq və ümumi məxfilik olduğundan, onların dünyaya “özlərinə” məxsus baxışları və xüsusi qiymətləndirmə sistemləri yaranır. Qarşılıqlı maraqların anlaşılması və eyni qrupa mənsub olmaq hissi ilkin qrup iştirakçıların daha həmrəy hərəkət etməyə məcbur edir. İlkin qrupda sosial nəzarət olub, iştirakçılar öz hüquq və vəzifələrini könüllü anlayır və yerinə yetirirlər. İlkin qrupun yaşayış tərzi, adət və ənənələri olur ki, onlar tədricən formalaşır və sosial ünsiyyət şəklində yeni iştirakçılara keçir.

Sosial psixologiyada kiçik qrupların mövcudluq dərəcəsinə görə iki növünü- şərtireal qrupları qeyd edirlər. Şərti qruplar, adından göründüyü kimi müəyyən şərtlər, adamların müəyyən xüsusiyyətlərə (cins, yaş, həmkarlıq və s.) əsasən müəyyən qrupa daxil edilməsi nəticəsində yaranır. Məsələn, universitet tələbələrini oğlan və qız olmalarına , idman və musiqi ilə maraqlanmalarına, yaşlarına görə qruplaşdırmağı buna misal göstərmək olar. Şərti qrup bəzən statik qrup da adlandırılır. Şərti qrup iştirakçıları eyni zaman və məkan daxilində yaşamaya və bir-biriləri ilə təmasda olmaya da bilirlər. Şərti qrupların yaradılmasından müəyyən eksperimentlərin nəticələrini təhlil edərkən də istifadə olunur. Real qruplar müəyyən zaman və məkan daxilində real münasibətlərlə birləşmiş insan birliyidir. Məsələn, ailə, bir sinfin şagirdləri, məktəbin pedaqoji kollektivi və s. real qrup üzvləri daim bir-biri ilə təmasda olurlar.

Sosial psixologiyada kiçik qruplar məqsəd və xarakterinə görə rəsmi (formal)qeyri-rəsmi (qeyri-formal) olaraq iki qrupa bölünür. Rəsmi qruplar rəsmi sənədlər əsasında yaradılmış qruplardır. Bu cür qruplarda münasibətlər inzibati-hüquqi yolla müəyyən olunur və tənzim edilir. Rəsmi qruplarda qrup üzvlərinin mövqeyi və davranışı ciddi qaydalarla reqlamentləşdirilir. Bu cür rəsmi qruplara orta məktəblərdəki sinifləri, ali məktəb tələbə qruplarını, kafedraları və s. misal göstərmək olar. Qeyri-rəsmi qruplar rəsmi sənədlər əsasında yaradılmayan insan birliyidir. Bu cür qrupun üzvlərinin dəqiq qeyd edilmiş məqsədi olmur. Bu cür qruplar ünsiyyət prosesində təbii yolla yaranır. Burada qrup üzvlərinin bir-birinə qarşı emosional-psixoloji münasibətləri qrupun yaranması üçün əsas rol oynayır. Bu cür qruplara öz maraqlarına görə birləşən həyət kompaniyalarını, yaxın iş və məktəb, universitet dostlarını aid etmək olar. Çox vaxt rəsmi qrupların daxilində belə qeyri-rəsmi qruplar yarana bilər. Psixoloqlar qeyd edirlər ki, qeyri-rəsmi qrupun mövqeyi, norma və məqsədi bütövlükdə rəsmi qrupun norma və məqsədinə uyğun gəldikdə qrupun fəaliyyətinin uğurla həyata keçirilməsinə imkan yaranacaqdır.

Psixologiyda kiçik qrupların bir növü kimi referent qrupları da qeyd edirlər. Özünün normaları, fikirləri, qiymətləri fərdin davranış motivlərinə çevrilən sosial birlik referent qrup adlanır. Bu termin 1942-ci ildə Q.Xaymen tərəfindən irəli sürülmüş, sonralar R.Merton, Q.Nunkom, M.Şerif və b. tərəfindən işlədilmişdir.

Bilindiyi kimi, hər bir insan müxtəlif qrupların üzvü olur. Ayrı-ayrı insanlar üçün daxil olduğu həmin qrupların sırası özünəməxsus şəkildə müxtəlif olur. Lakin hər bir insan üçün birinci yerdə o qruplar dayanır ki, həmin qrupun normaları fərdin cəhd etdiyi normalara uyğun olsun. Sonrakı yerlərdə qruplar fərd üçün önəmlilik dərəcəsinə görə sıralanacaqdır. Yüksək ranqa malik olan qrup insan üçün bir növ daxili forum təşkil edir, fərd öz davranışını həmin normalarla tutuşdurur.

Qaydaları və normaları insanın qayda və normalarına çevrilən, fərdin statusunun artması üçün daim imkanları olan bu cür referent qrupları etalon qrup adlandırırlar. Bu qrup real və təsəvvür edilən elə qrupdur ki, insan həmin qrupda olmaq üçün cəhd göstərir, onun standartlarını öz davranışı üçün etalon qəbul edir.



3. Kiçik qrupların fenomenologiyası və qruluşu. Fenomen hər hansı bir konkret obyekt üçün xarakterik olan əsas hadisələr barədə təsəvvür və izahatlar nəzərdə tutulur. Kiçik qrupların da özünəməxsus fenomenologiyası vardır. Kiçik qrupların fenomonologiyasında aşağıdakı anlayışlar vardır: kiçik qrupların həcmi, strukturu, psixoloji uyuşma, qrup təzyiqi, norma və funksiyalar, qrupun qütbləşməsi, rəhbərlik və liderlik və s.

Öncə də qeyd etdiyiyimiz kimi kiçik qrupların həcmi 2-dən 30-40-a qədər insanların birliyidir. Qrupdaxili kommunikasiyanın struktur kanalının iki əsas növü var: mərkəzləşdirilmiş (A) və mərkəzləşdirilməmiş (B). Mərkəzləşdirilmiş kommunikasiyada qrupun üzvlərindən biri daima bütün ünsiyyət istiqamətlərində fəaliyyət göstərir, diqqət mərkəzində olur və qrup fəaliyyətinin təşkilində əsas rol oynayır.



A şəklində mərkəzləşdirilmiş strukturun üç variantı verilmişdir: frontal, radial və ierarxik struktur. Frontal kommmunikasiya kanalı strukturunda qrupun iştirakçıları birbaşa təmasa girmədən bir sırada dayanır və bir-birilərini görə bilirlər. Frontal struktur müəllimlərə sinifdə dərs zamanı yaranan yaranan strukturdan tanışdır. Radial variantda fəaliyyətin iştirakçıları bir-birilərini birbaşa qavraya, görə və ya eşidə bilmirlər. Onlar informasiya mübadiləsini yalnız mərkəzi şəxsin vasitəsilə həyata keçirirlər. Mərkəzləşdirilmiş iyerarxik kommunikasiya strukturunda iştirakçıların bir neçə, ən azı iki tabeçilik səviyyəsi mövcud olur. Bunlardan bir qismi birgə fəaliyyət zamanı bir-birini görə bildiyi halda, digərləri görə bilmir. Birinci fərdin ikinci köməkçisi var.





Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin