Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3


Şəkil 1. Psixi hadisələrin quruluşu



Yüklə 0,86 Mb.
səhifə2/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   2   3   4   5   6   7   8   9   ...   95
Şəkil 1. Psixi hadisələrin quruluşu.
Psixi proseslər insan davranışının ilkin tənzimləyicisi kimi meydana çıxır. Psixi proseslərə duyğu, qavrayış, hafizə, diqqət, təfəkkür, təxəyyül, hisslər və iradə daxildir. Psixi proseslərin uyğun başlanğıcı, gedişi və sonu vardır. Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. Psixi proseslər üç qrupa bölünür: idrak prosesləri, emosional prosesləriradi proseslər. İdrak prosesləri gerçəkliyi dərk etmək üçün gerçək aləm haqqında məlumatların qavranılması və işlənməsi ilə bağlı olan psixi proseslərdir. Bunlara duyğu, qavrayış, hafizə, diqqət, nitq, təfəkkür, təxəyyül aiddir. Emosional proseslərə insanların gerçəkliyə münasibətləri ilə bağlı olan hisslər daxildir. Gerçək aləmdə baş verən hər hansı bir hadisə insanda müsbət və mənfi emosiya yaradır ki, bu da onun fəaliyyətinə uyğun təsir göstərir. İnsanın həyat və fəaliyyətində iradi proseslərin də rolu böyükdür. İradi proses özünü insanın qərar qəbulu, çətinlikləri aradan qaldırmaq, öz davranışını idarə etmə şəraitində göstərir.

Psixi hallar insanın psixi vəziyyətini xarakterizə edir. Onlar da psixi proseslər kimi özlərinin dinamikliyinə, istiqamətinə, nisbi davamlılığına, intensivliyinə görə fərqlənir. Bununla yanaşı olaraq psixi hallar psixi proseslərin gedişinə və nəticələrinə təsir göstərə, fəaliyyəti gücləndirə və ya ləngidə bilər. Psixi hallara affekt, məyusluq, qorxu, ümidsizlik, ruhdan düşmə, ehtiras, gümrahlıq, şən əhval, şübhə və s. aid etmək olar.

Psixi hadisələrin üçüncü qrupuna şəxsiyyətin psixi xassələri aiddir. Şəxsiyyətin psixi xassələri özlərinin yüksək davamlılığı və sabitliyi ilə fərqlənirlər. Psixi xassələrə şəxsiyyətin istiqamətini, temperament, xarakter və qabiliyyətləri aiddir. Psixi xassələr bir adamı başqasından fərqləndirir.

Psixi proses termini psixi faktın prosesuallığını, dinamikasını bildirir. Məsələn, əlimiz qapı arasında qaldı. Ağrı duyğusu yarandı. Ağrı davam etdi və bir müddətdən (10 saniyədən, 5 dəqiqədən, bir və ya bir neçə saatdan) sonra kəsildi. Psixi hal psixi faktın nisbi davamlılığını bildirir. Məsələn, şagird dərsdə istənilməyən bir davranışa yol verir və göstərdiyi hərəkətdən dolayı çox utanır və tez özünü yığışdırır. Ancaq o başa düşür ki, müəllim onun davranışını gördü. Bunun üçün də o peşimançılıq hissi keçirir və bu hiss bir neçə gün davam edir. Psixi xassə isə psixi faktın sabitliyini, onun şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir. Məsələn, iki şagird düşünün. Biri tənbəldir, digəri çalışqandır. Biri oturduğu yerdən ayağa qalxmır, o biri isə işdən doymur. Yaxud biri sakitdir, digəri coşğundur, biri ünsiyyətli, digəri isə qaradinməzdir.

Psixologiyanın vəzifələrinə isə bunlar daxildir: 1. Psixi hadisələrin inkişaf qanunauyğunluqlarını müəyyənləşdirmək. 2. Hər bir yaş dövrünün psixi inkişafda yaş mərhələlərini müəyyənləşdirmək. 3. Hər bir yaş mərhələsində üzə çıxan fərdi fərrqləri müəyyənləşdirmək. 4. Psixi hadisələrin və qanunauyğunluqlarını öyrənməklə bərabər onların idarə olunma yollarını müəyyənləşdirmək. 5. Cəmiyyətdə yaşayan hər bir üzvün hərtərəfli inkişafını təmin etmək.

3.Psixologiyanın başqa elmlərlə əlaqəsi Müasir dövrdə psixologiya insan haqqında ən önəmli elmlərdən biri kimi diqqəti cəlb edir. Təsadüfi deyildir ki, hazırda insan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya nüfuz etməsin. Hazırda bütün dünyada hər cür fəaliyyətin və insan münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Lakin nəzərə almaq lazımdır ki, önəmli elm sahəsi olan psixologiya başqa elmlərdən ayrı şəkildə deyil, onlarla birlikdə mövcuddur və fəaliyyət göstərir. Elm adamlarına görə, psixologiya bir tərəfdən fəlsəfə elmləri, digər tərəfdən təbiət elmləri, üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq mövqe tutur.





Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin