Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə20/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   16   17   18   19   20   21   22   23   ...   95
A













1) frontal 2) radial 3) ierarxik



B














4) zəncirvari 5) dairəvi 6) tam

Şəkil 4. Qrupdaxili kommunikasiyanın struktur kanalı

Mərkəzləşməmiş ünsiyyət strukturuna malik olan variantlarda qrupun hər bir üzvü həmin struktur daxilində öz qrup yoldaşları ilə eyni məlumat əldə etmək, işləmək və məlumatları ötürmək imkanlarına malik olmaqla, onlarla açıq, birbaşa ünsiyyətə girə bilər. Zəncirvari variantda ünsiyyət sistemində insanlararası qarşılıqlı təsir bir növ zəncirvari şəkildə həyata keçirilir. İki kənar iştirakçıdan başqa qalan iştirakçılar iki qonşusu ilə, kənar mövqe tutan fərdlər isə bir qonşusu ilə qarşılıqlı təsirə malik olur. Dairəvi kommunikasiya strukturunda birinci növbədə qrup üzvlərinin hamısı eyni imkana malik olur. Onların öhdəsində olan məlumatlar qrup üzvləri arasında dövr etmək, dəqiqləşmək imkanına malik olur. Burada iştirakçılar üzbəüz dayanmaqla bir-birinin reaksiyalarını birbaşa müşahidə etmək imkanına sahibdirlər. Tam və ya qeyri-məhdud variantda qrup iştirakçıları arasında sərbəst insanlararası ünsiyyət sahəsində heç bir məhddiyyət olmur.

Kiçik qruplarda birgə fəaliyyətin uğuru qrup uyuşmasından çox asılıdır. Məsələn, ailədə, idman qruplarında və s. insanların bir-birinə uyuşa bilməməsini qrup fəaliyyəti üçün ciddi maneə hesab edirlər. Çox vaxt bu cür kiçik qruplarda heç də bütün insanların hamısının həmin qrupda mürəkkəb və məsuliyyətli birgə işi həyata keçirməyə hazır olmadıqları özünü göstərir. Kiçik qruplarda insanlar həm fizioloji (qüvvə, güc baxımından), həm də psixoloji baxımdan uyuşmalıdırlar. Müasir psixologiyada psixoloji uyuşmanın üç növü vardır: struktur uyuşma- qrup üzvlərinin düyagörüşü, tələbatları, motivləri, maraqları və s.-nin oxşarlığı nəzərdə tutulur; funksional psixoloji uyuşmada idraki, emosional-iradi cəhətdən yaxınlıq, xüsusilə temperament və xarakter səviyyəsində uyuşma əsas götürülür. Həyati faktlar göstərir ki, qrup üzvləri arasında xarakterlərinə görə uyğunsuzluğun olması çox vaxt qrupda ciddi mənfi psixoloji hadisələrin baş verməsinə, xüsusilə qrupda psixoloji iqlimin pozulmasına gətirib çıxarır. Hətta qrup üzvlərinin tək birində xarakterin ciddi uyğunsuzluğu qrup fəaliyyətinin pozulmasına təsir göstərə bilir. Adaptiv uyuşmada pozitiv insanlararası münasibətlərin formalaşdırılmasını nəzərdə tutur. Psixoloqlar qrup uyuşmasının adaptiv planda həyata keçirilməsini təmin etmək üçün işgüzar oyunlar metodundan istifadə olunmasını məsləhət görürlər.

İnsan və qrup arasındakı konflikti həll etməyin yollarından biri kimi konformizmi göstərmək olar. Konformizm insanın qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitdə uyğunlaşmasından ibarətdir. Bu zaman istər-istəməz psixoloji cəhətdən insanın mövqeyinin qrupun təzyiqinə məruz qalması baş verir. Konformizm problemi sosial psixologiyada daha geniş əslən azəri türkü olan M.Şərif və amerikan S.Aş tərəfindən öyrənilmişdir.

Şəxsiyyətin qrup “təzyiqinə” fikrən tabe olması daxili və ya xarici xarakter daşıya bilir. Xarici konformluq zamanı qrup təzyiqi götürüldükdən sonra insan özünün ilkin mövqeyinə qayıdır. Daxili konformluq zamanı isə qrup təzyiqi aradan çıxdıqdan sonra da insan qrupun mövqeyini saxlayır. Başqa sözlə həmin konformluq zamanı insanın daxili mövqeyi ilə xarici təzyiq arasında ixtilaf olmur. Ona görə də bu cür konformluğu bir növ qrupdaxili təlqin adlandırırlar.

Təcrübə göstərir ki, qrup üzvləri arasında konformizmin əksinə olan hallara da rast gəlmək mümkündür. Bu zaman insan qrupun təzyiqinə müxtəlif formalarda müqavimət göstərir, bir növ neqativ mövqe tutur. İnsanın nə olursa olsun əksəriyyətin fikirlərini rədd etməsi və heç nəyə məhəl qoymadan onlara əks çıxması nonkonformizm adlanır.

Kiçik qruplarda özünü göstərən hadisələrdən biri də qrup qütbləşməsidir. Qrup qütbləşməsi qrupun təsiri altında onun üzvlərinin əvvəl mövcud olan ənənələrinin güclənməsi, qrupun rəyinin parçalanması əvəzinə orta ənənənin öz qütbünə köçürülməsindən ibarətdir.

Hər hansı qrupda kim isə hökm verir, müəyyən tələblərin yerinə yetirilməsinə nəzarət edir, onun tələb və tapşırıqları isə başqaları tərəfindən danışıqsız yerinə yetirilir. Qrup fəaliyyətinin səmərəliliyində ona düzgün rəhbərliyin rolu olduqca böyükdür. Qrup fəaliyyətinin səmərəliliyi rəhbərlik üslubundan çox asılıdır. Sosial psixologiyada beş cür rəhbərlik üslubu var: 1. Avtokratik rəhbərlik üslubuna malik olan lider və rəhbərlər qrup üzvlərinin fikir və ideyalarını nəzərə almadan, müstəqil hərəkət edirlər. Əmr, göstəriş, təlimat, töhmət, təşəkkür onların qrup üzvləri ilə əsas əlaqə forması olur. O hər cür məlumatı bir növ özündə gizlədir, heç kəsin bundan xəbəri olmur, ona görə də ona tabe olanlar, adətən güman və şayiə aləmində olurlar. 2. Avtoritar lider qrup üzvlərinin imkan və qabiliyyətlərini aşağı qiymətləndirirlər. Bu cür rəhbərlər qrup üzvlərinin təşəbbüslərini boğur, ya da sadəcə olaraq onlardan istifadə etmirlər. Bu cür rəhbərlər belə hesab edirlər ki, “onlar hər şeyi özləri bilirlər”. Bu cür lider uzun müddət qrupdan uzaq düşdükdə qrup öz işini müstəqil yerinə yetirmək və ya onu səmərəli təşkil etmək imkanından məhrum olmuşdur. 3. Demokratik üsluba malik olan lider qrup üzvləri tərəfindən rəğbətlə qarşılanır. Bu cür rəhbərlik üslubuna malik olan lider hər zaman qrup üzvlərinin fikirlərinə hörmətlə yanaşır. Qərar qəbul edərkən qrup üzvlərinin təkliflərini nəzərə alır. Bu cür liderlərlə qrup üzvləri arasında olduqca səmərəli ünsiyyət yaranır. 4. Laqeyd rəhbərlik üslubuna malik olan liderlərin qrup üzvləri ilə ünsiyyəti kortəbii olur. Çox vaxt onların arasında yaranan ünsiyyət qrup üzvləri üzvləri tərəfindən diktə olunur. Bu cür liderlər qrupa müəyən tapşırıq verməklə kifayətlənir, onun necə yerinə yetirilməsinə önəm vermirlər. 5. Qeyri-sabit rəhbərlik üslubuna malik olan liderlər dəyişkən olurlar. Onların necə hərəkət edəcəklərini qabaqcadan müəyyənləşdirmək mümkün olmur. Bir dəfə avtoritarlıq göstərən bu cür liderlər, başqa vaxt yerli-yersiz ya demokratik, ya da laqeyd rəhbərlik üslubuna yer verirlər.



4. İnsanlararası münasibətlər. Qruplarda insanlar birgə yaşayıb fəaliyyət göstərmələrinə görə onların arasında istər-istəməz qarşılıqlı münasibətlər özünü göstərir. Bu cür münasibətlər sosial psixologiyada insanlararası münasibətlər adlandırılır. Qrup daxilində mövcud olan insanlararası münasibətləri bilmədən onu idarəetmək mümkün deyil. Qruplarda insanlararası münasibətlərin necə olduğunu burada sosial-psixoloji iqlimin necə olmasından görmək mümkündür. Qrupun qarşısında qoyulmuş vəzifənin səmərəli şəkildə həyata keçirilməsi üçün normal sosial-psixoloji iqlimin yaradılmasının önəmi olduqca böyükdür. İnsanlararası münasibətlərin aşağıdakı növləri vardır: 1. Rəsmi münasibətlər rəsmi sənədlərə, normalara uyğun həyata keçirilən insanlararası münasibətdir. Bu cür münasibətlər rəhbərlə tabe olanlar arasında baş verir. Burada qarşılıqlı münasibətin gedişi rəsmi şəkildə həyata keçirilir. Nə rəhbər, nə də tabe olan adam qarşılıqlı münasibətin tələblərindən kənara çıxmır. Hər kəs öz səlahiyyəti çərçivəsində hərəkət edir. 2. Qeyri-rəsmi münasibətlər isə insanların bir-birinə olan şəxsi münasibətlərinə əsaslanır. Ona görə də bu cür münasibətlər insanların bir-birilərinə olan simpatiyası, antipatiyasında və s. ifadə olunur. Ona görə də çox zaman bu cür qarşılıqlı münasibətləri şəxsi münasibətlər adlandırırlar. 3. Şəxsi qarşılıqlı münasibətlərin sosial psixologiyada aşağıdakı tiplərini fərqləndirirlər: tanışlıq, yoldaşlıq, dostluq, ər-arvad. Bu münasibətlər insanlararasında emosional amillər zəmnində formalaşır. 4. İşgüzar münasibətlər işgüzar əlaqələrin həyata keçirilməsi prosesində baş verir və insanların birgə fəaliyyətinin səmərəliliyinəöz təsirini göstərir.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin