1. Qıcıqlandırıcının qüvvəsi və gözlənilmədən təsiri. Qüvvətli səs, güclü işıq, kəskin iy diqqəti cəlb edir. Onların təsiri birbaşa qıcıqlayıcının mütləq qüvvəsindən deyil, nisbi qüvvəsindən asılıdır. İki qıcıqlayıcıdan hansı daha qüvvətlidirsə, diqqəti də elə o cəlb edəcəkdir. Əgər qıcıqlayıcıların qüvvəsi bərabərdirsə, onda diqqət gah bu, gah da başqa qıcıqlayıcıya yönəlir.
2. Qıcıqlayıcının yeniliyi, qeyri-adiliyi, kontrastlığı. Yeni əyani vəsait, yeni maşın modeli, sinifə yeni gələn şagird və s. qeyri-ixtiyari surətdə diqqəti cəlb edir.