Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə24/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   20   21   22   23   24   25   26   27   ...   95
1. Diqqətin həcmi onun eyni zamanda əhatə etdiyi cisimlərin miqdarı ilə müəyyən edilir. Məsələn, əgər eyni vaxt içərisində təsir edən 10 obyektdən 5-i aydın qavranılırsa, deməli, diqqətin həcmi 5 obyektə bərabərdir. Həmin cisimlərin eyni anda əks etdirilməsi çox vacibdir, çünki adətən diqqətimiz çox sürətlə bir obyektdən başqasına keçir, bu da diqqətin həcmi barədə səhv təsəvvür yaradır. Diqqətin böyük həcmə malik olması bir sıra fəaliyyət sahələrində önəmlidir. Məsələn, müəllimin sinifdə eyni zamanda diqqətinin həcmi nə qədər böyük olsa, yəni nə qədər çox şagirdə nəzər yetirə bilsə, təlim işi bir o qədər də səmərəli olar. Diqqətin həcmi, hər şeydən öncə, qavranılan cisim və hadisələrin bir-biri ilə nə dərəcədə sıx əlaqədə olmasından, obyektlərin sadə və mürəkkəbliyindən asılıdır. Bir-biri ilə az əlaqədə olan 8-9 hərfi eyni zamanda qavramaq mümkün olmadığı halda, söz əmələ gətirən 10-15 hərfi bir vaxtda qavramaq mümkündür. Məsələn, “üəngnaaxb” hərflərini bir dəfə qavrayıb yadda saxlamaq mümkün olmur, həmin hərflər uyğun tərzdə birləşdirilib “günəbaxan” sözü yazıldıqda isə qavrama tamamən asanlaşır. Diqqətin həcmi obyektlərin düzülüşündən, formasından, böyük-kiçikliyindən, rəngindən və s. asılıdır. Obyektlər müəyyən ardıcıllıqla düzüldükdə diqqətin həcmi çoxalır, qarışıq şəkildə olduqda azalır.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin