Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə26/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   22   23   24   25   26   27   28   29   ...   95
3. Diqqətin paylanması eyni zamanda iki müxtəlif və daha artıq işi yerinə yetirmək bacarığı ilə xarakterizə olunur. Əgər insan eyni zamanda 2 və ya 3 işlə məşğul olarsa (məsələn, müəllim sinifdə yeni materialı həm izah edir, həm şagirdlərin intizamına, həm də öz izahatının aydın olub-olmadığına nəzarət edirsə), deməli, onun diqqəti eyni zamanda 2 və ya 3 iş üzərində paylanır. Bu zaman icra olunan işlərin hamısı eyni dərəcədə aydın dərk olunmur. Diqqətin paylanması bir sıra sənət sahələrində çox vacibdir. Bu sahədə gərəkli vərdiş qazanmış insanlarda diqqətin paylanması uğurla baş verir. Diqqətin paylanmasının əsas şərti yerinə yetirilən işlərdən heç olmasa birinin icrasının vərdiş halına keçməsidir. Əgər yerinə yetirilən işlərin hamısı yenidirsə, heç biri yaxşı mənimsənilməyibsə, diqqəti paylamaq mümkün olmur. Məsələn, eyni zamanda əzbər şer deməklə yanaşı kağız üzərində mürəkkəb riyazi məsələ həll etmək çətindir. Bu halda bir fəaliyyət növü digərini ləngidir. Diqqətin paylanması icra olunan işlərin həmcins və ya müxtəlif olmasından, işlərin mənimsənilmə dərəcəsindən və insanın yaşından asılıdır. Eyni zamanda icra olunan işlərdə bizə təsir edən qıcıqlandırıcılar həmcins olarsa, diqqətin paylanması asanlaşar, müxtəlif cinsli olarsa çətinləşər. Məsələn, şəklə baxıb şəkil çəkmək yaddaşa görə şəkil çəkməkdən asandır. Birinci halda diqqət daha asanlıqla paylanır, ikinci halda isə bu nisbətən çətin olur. Diqqətin paylanması yaşdan da asılıdır. Uşaqlar yaşlılara nisbətən diqqəti paylamaqda daha çox çətinlik çəkirlər. Bu uşaqların mənimsədikləri işlərin azlığından, həmçinin bir-biri ilə hələ sistem əmələ gətirə bilməməsindən irəli gəlir. Məsələn, I sinifdə oxu vərdişləri hələ yaxşı yaranmadığı ilk dövrlərdə şagirdlər mətni oxuyarkən mənanı nəzərdən qaçırırlar. Bəzi tələbələrin mühazirələri dinləyib qeyd etməyi bacarmamaları diqqəti paylaya bilməmələri ilə əlaqədardır. Getdikcə bu sahədə vərdiş yarandıqdan sonra mühazirəni yazmaq asanlaşır, çünki diqqəti paylamaq asan olur. Bundan başqa, yorğunluq halında, diqqətin daha çox mərkəzləşməsini tələb edən fəaliyyət növlərinin həyata keçirilməsi zamanı diqqəti paylamaq çətin olur.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin