4. Diqqətin keçirilməsi şüurlu surətdə diqqətin bir obyektdən digər obyektə, bir fəaliyyət növündən digərinə keçirilməsidir. Məsələn, müəllim dərs zamanı diqqətini müxtəlif şagirdlərə, öz fəaliyyətinə, gözlənilmdən baş verən hadisələrə keçirir və eyni zamanda da o dərsin əsas məzmunundan, planından yayınmır. Keçirilmə hər hansı bir dəyişən, mürəkkəb situasiyaya daha tez bələdləşmə qabiliyyəti ilə bağlıdır. Əlbəttə, diqqətin keçirilməsi bütün insanlarda asan baş vermir və çox şərtlərdən asılıdır. Bunlara öncəki və sonrakı fəaliyyətin qarşılıqlı əlaqəsini və subyektin onlara münasibəini aid etmək olar. İnsan asan işdən çətin işə keçdikdə keçirilmənin göstəriciləri aşağı düşür.