5. Diqqətin mərkəzləşməsi zamanı şüurumuz yalnız bir obyekt və ya fəaliyyətə yönəlir. Fizioloji baxımdan mərkəzləşmə beyində olan dominant oyanma ocağının fəaliyyətilə bağlıdır. Bir kitab oxuduqda, riyazi məsələ həll etdikdə diqqətimiz uyğun iş üzərində mərkəzləşir. Bu zaman ətrafımızda baş verən hadisələri, təsir göstərən kənar qıcıqlayıcıları sezmirik. Mərkəzləşmənin maksimal intensivliyi yalnız bir obyektin qavranılması zamanı baş verir. Diqqətin həcmi artdıqca, o mərkəzləşmənin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Mərkəzləşmə dərk etdiyimiz cisim və hadisələrin daha dərindən öyrənilməsinin, mürəkkəb əşyavi fəaliyyətin yerinə yetirilməsinin psixoloji şərti kimi çıxış edir.
Diqqətin bir sıra pozulma hallarına da rast gəlmək mümkündür. Bunlara diqqətin tərəddüdünü, yayınmasını, dalğınlığını aid etmək olar.
Dostları ilə paylaş: |