Diqqətin tərəddüdü-müəyyən fəaliyyət zamanı diqqətimizin gah bu, gah da başqa obyektə yönəlməsi, az və çox müddət onun üzərində mərkəzləşməsidir. Adətən hər 2-3 saniyədən bir baş verir. Buna görə də o, yalnız çox sürətli hərəkətlərin icrasına bu və ya başqa dərəcədə mane ola bilər. Lakin insan diqqətin nəzərə çarpan tərəddüdü olmadan 20-25 dəqiqə, bəzən daha artıq müddətdə gərgin diqqətlə eyni bir iş üzərində çalışa bilər. Diqqətin tərəddüdünün səbəblərinə yorğuluğu və hiss üzvlərinin adaptasiyasını aid etmək olar.