Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə30/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   26   27   28   29   30   31   32   33   ...   95
Diqqətin yayınması hər hansı bir fəaliyyət zamanı diqqətin qeyri-ixtiyari olaraq əsas işlə əlaqəsi olmayan kənar cisim və ya hadisəyə yönəlməsindən ibarətdir. Məsələn, müəllim dərsi izah edərkən şagirdin küçəyə baxması, dərsliyini vərəqləməsi, yoldaşı ilə söhbət etməsi və s. onun diqqətinin yayınmasını göstərir. Diqqətin yayınması ilə mübarizə tədbirlərindən biri işlədiyimiz yerdə kənar qıcıqların mümkün qədər olmamasına çalışmaqdır. Lakin buna hər zaman nail olmaq mümkün olmur. Bəzən istər-istəməz bir sıra yayındırıcı qıcıqlandırıcıların təsir göstərdiyi şəraitdə işləməli oluruq. İnsan özündə həm sakit şəraitdə, həm də kənar qıcıqlandırıcıların təsir göstərdiyi şəraitdə işləmək bacarığı aşılamağa çalışmalıdır. Bunun üçün kənar qıcıqlandırıcıya “sakit münasibət” bəsləmək lazımdır.

Diqqətin yayınması hallarından birini də dalğınlıq təşkil edir. Dalğınlıq insanın öz diqqətini mərkəzləşdirə bilməməsində ifadə olunur. Dalğınlıq halının iki şəklini ayırd edirlər. Birincisi, ixtiyari diqqətin zəifliyində ifadə olunan dalğınlıqdır. Bu zaman insan öz diqqətini müəyyən bir obyekt üzərində mərkəzləşdirə bilmir, onun diqqəti davamsız olur və tez-tez yayınır. Uşaqlarda və yaşlı insanlarda bu cür dalğınlığa tez-tez rast gəlmək olur. Bunun səbəbi çox yorulmaq, insana təsir edən güclü emosional amillər, xəstəlik, uşaqda ixtiyari diqqətin tərbiyəsinin düzgün təşkil edilməməsi ola bilər. Şagirdlərdə dalğınlığın bu forması müşahidə edildikdə onlar nə dərs zamanı, nə də ev tapşırıqlarını yerinə yetirərkən diqqətlərini gərəkli obyektlər üzərində cəmləşdirə bilmirlər ki, bu da onların təlim fəaliyyətinə mənfi təsir göstərir. İkinci halda, dalğınlıq diqqətin hər hansı bir obyekt üzərində çox güclü, gərgin şəkildə mərkəzləşməsində ifadə olunur. Bunun sayəsində kənar qıcıqlandırıcılar onu yayındıra bilmir, insan sanki ətraf aləmi “unudur”. Belə dalğınlıq ciddi elmi problemin həlli üzərində düşünən alimlərdə tez-tez özünü büruzə verir. Bəzən beyində baş verən üzvi xəstəlik nəticəsində də şüurun daralması və diqqətin zəifləməsi halları baş verir. Diqqətlilik və diqqətsizlik insanın xarakter xüsusiyyətinə çevrilə bilər.



5. Diqqətin inkişafı və dərsdə şagirdin diqqətinin səmərəli təşkili. Həyatın ilk aylarında uşaqda yalnız qeyri-ixtiyari diqqət özünü göstərir. Uşaqlar öncə kəskin xarici qıcıqlara: qaranlıqdan işığa keçməyə, temperaturun dəyişməsinə, qəflətən eşidilən yüksək səslərə və s. reaksiya verirlər. Həyatın 3-cü ayından başlayaraq, xüsusilə, 4-5-ci aylarda müəyyən cisimlər uşağın diqqətini çəkir. Uşaq hərəkətdə olan, parlaq cisimlərə daha çox diqqət yetirir. Yeriməyə başladıqdan sonra uşağın diqqətini çəkən obyektlərin miqdarı artır, onun diqqətini yalnız cisimlər deyil, sözlər də çəkir. İxtiyari diqqət birinci yaşın sonunda, ikinci yaşın əvvəllərində meydana gəlir. İxtiyari diqqətin formalaşmasına uşaqda nitqin inkişafı ciddi təsir göstərir. Yaşlı insanlar nitqin köməyi ilə uşağın diqqətini gərəkli obyektlərə yönəldirlər. Oyun ixtiyari diqqətin inkişafına böyük təsir göstərir. 4-5 yaşlı uşaq diqqətini xeyli müddət müəyyən bir obyekt üzərində cəmləşdirməyi öyrənsə də, onun diqqəti tezyayınan olur. Məktəbəqədər yaş dövründə ixtiyari diqqət inkişaf etsə də qeyri-ixtiyari diqqət üstünlük təşkil edir. Məktəbəqədər yaş dövrünün sonuna yaxın uşaq öz diqqətini tədricən idarə etməyə, istənilən obyektə yönəltməyə başlayır ki, bu da təlim üçün önəmlidir. Təlim diqqətin inkişafı üçün çox mühüm amildir. Belə ki, şagirdlər artıq yalnız maraqlandıqları şeylərlə deyil, maraqsız, lakin lazım olan cəhətlərə də diqqət edirlər, gərgin diqqətlə işləyirlər. İxtiyari diqqətin davamlılığı kiçik məktəblidə 10-15, orta məktəb yaşında 15-20, böyük məktəb yaşında 25 dəqiqəyə çatır. Müəllim şagirdlərin diqqətinin yaş xüsusiyyətlərini bilməlidir. Şagirdlərin diqqətinin yayınmasının qarşısını almaq üçün əsas məsələ onları maraqlandırmaqdır. Şagirdlərdə diqqətli olmaq vərdişi yaradılmalıdır. Dərs rəngarəng aparılmalıdır. Şagirdlərin fəallığına böyük önəm verilməlidir. Şagirdlərə fərdi yanaşmaq onların diqqətini inkişaf etdirməkdə əsas amillərdən biridir.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin