Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə31/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   27   28   29   30   31   32   33   34   ...   95
İxtisas: RİM

Kurs: 3

Fənn: Psixalogiya

Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com


MÖVZU 8: DUYĞULAR

Plan

1.Duygu haqqında anlayış

2.Duyğuların təsnifatı

3.Duyğuların ümumi qanunauyğunluqları

. ƏDƏBİYYAT
1.Bayramov Ə. S.Tərccümə red.ilə Ümumi psixologiya,B.1982
2.Bayramov Ə.S.,Əlizadə Ə.Ə. Psixologiya, B.1989,2006
3.Məhərrəmov M. C. Psixologiya B.1968
4 Əliyev R. Psixologiya ,B.2006
1. Duyğular haqqında anlayış. Duyğu bir psixi proses olaraq hadisələrin birbaşa duyğu üzvlərimizə təsiri zamanı yaranır. Duyğu üzvlərimizə təsir edən nə varsa bunların hamısı qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma hissi sinirlər vasitəsi ilə beynə nədl olunur və nəticədə biz cisimlərin rəngini, dadını, qoxusunu, səsini, temperaturunu və s. hiss edirik.

Duyğular obyektiv reallığın hissi əksi olub hazırda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin aurı-ayrı əlamətlərinin, xassələrinin beyində əksindən ibarət olan sadə psixi prosesə deyilir. Duyğuları xarakterizə edən cəhət onun predmet və hadisələrin ayrı-ayrı əlamətlərinin əksindən ibarət olmasıdır. Məsələn, bal arısı əlimizi sancır. Bu halda biz onun uçuşu zamanı çıxardığı səsi, əlimizin ağrısını, arının rəngini əks etdiririk. Duyğunun fizioloji əsasını kompleks anatomik strukturdan ibarət olan analizatorlar təşkil edir. ona görə də İ.P.Pavlov analizatorları duyğu almaq üçün gərəkli olan anatomik fizioloji cihaz adlandırmışdır. Hər bir analizator üç hissədən ibarətdir: 1) periferik şöbə. Bu hissə reseptor adlanır. Reseptorun funksiyası xarici qıcığı qəbul etmək, xarici enerjini sinir prosesinə çevirməkdən ibarətdir; 2) ötürücü sinir lifləri. Bunlara afferent (mərkəzəqaçan)efferent (mərkəzdənqaçan) sinirlər daxildir; 3) analizatorun beyin qabığı şöbəsi. Bunu analizatorun mərkəzi şöbəsi, nüvəsi də adlandırırlar. Bu şöbənin funksiyası periferik şöbədən gələn impulsları təhlil etməkdən ibarətdir. Hər bir analizatorun mərkəzi şöbəsinin özünəməxsus yeri var. O, beyin qabığında müxtəlif yerlərində yerləşir. Məsələn, görmə duyğusunun analizatorlarının mərkəzi şöbəsi beyin qabığının ənsə payında yerləşir. Eşitmə duyğusunun analizatorunun mərkəzi şöbəsi beyin qabığının sağ və sol gicgah payındadır. Duyğunun əmələ gəlməsi üçün analizatorun bütün hissələrinin tamlığı, birlikdə fəaliyyət göstərməsi gərəklidir. Həmin hissələrdən biri sıradan çıxarsa duyğu alınmaz.

Duyğular insan həyatında önəmli rol oynayır. Bunu başa düşmək üçün aşağıdakılara diqqət etmək lazımdır:

1. Hər şeydən əvvəl duyğular idrakın əsasını təşkil edir. Gerçək aləm haqqında ilkin məlumatı duyğular vasitəsilə əldə edirik. Duyğulardan kənarda heç bir idrak prosesi yoxdur.

2. Duyğular təkcə bizim biliklərimizin mənbəyi deyil, həm də hiss və emosiyalarımızın da mənbəyidir.

Qızıl gülün ətri bizdə müsbət hiss və emositya yaradırsa, çürümüş ətin iyi mənfi emosional halın yaranmasına səbəb olur.



2. Duyğuların təsnifatı. Duyğular reseptorların yerləşməsinə görə üç qrupa bölünürlər: ekstreoseptorlar, intreoseptorlar, proprioseptorlar.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin