Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə33/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   29   30   31   32   33   34   35   36   ...   95
Görmə duyğusu. Bu duyğu rənglərin və işığın əksindən ibarətdir. Biz iki cür rəngi duyuruq: xromatik (qırmızı, yaşıl, göy, sarı və s.) və axromatik (ağ, qara, boz).

Görmə duyğularının reseptorları gözün torlu qişasında yerləşir. Burada iki cür hüceyrələr: çöpcüklər kolbacıqlar mövcuddur. Çöpcüklər işığı, kolbacıqlar rəngləri duyma orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar pozulduqda isə yarasa korluğu baş verir.



Eşitmə duyğusu. Bu duyğular səslərin əks olunmasından ibarətdir. Eşitmə duyğusu dəyişən hava dalğalarının eşitmə analizatoruna təsiri nəticəsində əmələ gəlir. Qulağa təsir edən dalğa aşağı və yuxarı təzyiq kimi əlamətləri ilə xarakterizə olunur. Dalğaya xas olan bu cəhətlər səsin ucalığını, gurluğunu və tembrini yaradır. Səsin ucalığı dalğanlın tezliyi, gurluğu, dalğanın amplitudası, tembiri isə dalğanın formasından asılıdır. İnsan qulağı saniyədə 20-dən 20 000-ə qədər hersə bərabər olan səsləri eşidə bilir. Hers səsi əmələ gətirən dalğanın tezliyinin fiziki ölçü vahididir.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin