Temperatur duyğusu. İstilik və soyuqluq duyğusu olmaqla iki növ duyğu kimi mövcuddur. İstilik duyğusu bədənin temperaturundan artıq hərarətə malik olan malik olan cisim dəriyə toxunduqda əmələ gəlir. Soyuqluq duyğusu isə bədən temperaturundan aşağı olan cisim birbaşa dəriyə təsir etdikdə yaranır.
Ağrı duyğuları. Ağrı duyğuları müxtəlif xarakterdə olur. Biz küt və bərk ağrıları, sanki kəsən, doğrayan, deşən ağrıları, davamlı və ani ağrıları duyuruq. Dəri duyğularının hər birinin özünəməxsus reseptorları vardır. Dəridə olan bir çox nöqtələr toxunma, digər nöqtələr soyuqluq, üçüncülər istilik, nəhayət başqa nöqtələr ağrı duyğularını yaradır.