Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə36/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   32   33   34   35   36   37   38   39   ...   95
Əzələ- hərəkət duyğuları. Bədənin ətraf üzvlərinin vəziyyətini, hərəkətini, bu hərəkətin istiqamət və sürətini, bu zaman əzələlərin gərilmə dərəcəsini əks etdirən duyğulara deyilir. Əzələ-hərəkət duyğuları insanın həyatında böyük rol oynayır. Əmək fəaliyyəti zamanı olduğca mürəkkəb hərəkətlərin icrası, bu hərəkətlərin tənzim olunması hərəkət duyğusunun sayəsində mümkün olur. Əzələ-hərəkət duyğusu görmə qavrayışında, lamisə qavrayışında böyük önəm daşıyır.

Müvazinət duyğuları. Bu cür duyğular başın və bədənin fəzadakı vəziyyətinin əksindən ibarət olub, bədənin hərəkətinin istiqamətini, kordinasiyasını saxlamağa xidmət edir. Bu duyğunun reseptoru daxili qulaqda yerləşən yarım dairəvi kanalcıqların içərisindəki endolimfa və bu kanalcıqların divarında olan sinir uclarıdır. Bədənin vəziyyəti dəyişdikdə endolimfa hərəkətə gəlir və kanalın divarında olan sinir uclarını qıcıqlandırır. Bununla da biz bədənimizin vəziyyətini əks etdiririk.

Üzvü duyğular daxili üzvlərin vəziyyətinin daxilindəki dəyişmələrin əksindən ibarətdir. Bu duyğular aclıq, susuzluq, toxluq, ürək bulanması haqqında, bədənin sağlamlıq və xəstə vəziyyətdə daxili üzvlərində baş verən ağrılar haqqında xəbər verir. Üzvü duyğuların reseptorları daxili üzvlərin səthində, selikli qişasında yerləşən sinir uclarından ibarətdir. Üzvü duyğulara cinsi duyğular da daxildir.

3. Duyğuların ümumi qanunauyğunluqları. Hər bir duyğuya aid olan xarakterik cəhətlərlə yanaşı bütün duyğulara aid olan ümumi cəhətlər də vardır. Bu ümumi cəhətlər aşağıdakılardan ibarətdir.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin