Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3


Qarşıya xüsusi məqsəd qoymadan hər hansı bir obyektin qavranılmasına qeyri-ixtiyari qavrayış deyilir



Yüklə 0,86 Mb.
səhifə44/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   40   41   42   43   44   45   46   47   ...   95
Qarşıya xüsusi məqsəd qoymadan hər hansı bir obyektin qavranılmasına qeyri-ixtiyari qavrayış deyilir. Öz qeyri-adiliyi, yeniliyi, cazibədarlığı ilə fərqlənən bu cür obyektləri xüsusi niyyət olmadan qavrayırıq.

Qarşıya qoyduğumuz məqsədə uyğun olaraq bir obyekti başqalarından ayıraraq qavradıqda baş verən əks olunma prosesinə ixtiyari qavrayış deyilir. Müəllimin mühazirəsini dinlədikdə, kinoya baxdıqda, kitab oxuduqda biz qavrayışın bu növündən isifadə edirik. İxtiyari qavrayışın tipik nümunəsi müşahidədir. Müşahidə hər hansı fəaliyyət sahəsində müəyyən plan üzrə cərəyan edən davamlı və müntəzəm qavrayışa deyilir. Təlim işində, elmi-tədqiqat işlərində, bədii yaradıcıılqda, bir sözlə insanın fəaliyyətinin bütün sahəllərində müşahidənin böyük önəmi vardır. Müşahidəçilik qabiliyyəti olan insan predmetlərə, hadisələrə sadəcə olaraq baxmır. O, cisim və hadisələrin önəmli olan, yeni olan cəhətlərini görməyi bacarır. Bu xüsusiyyət insana çevrəsində baş verən hadisələri düzgün qavrama və onlarla düzgün münasibətdə olma imkanı verir.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin