Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə45/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   41   42   43   44   45   46   47   48   ...   95
4.Appersepsiya və illüziya. Qavrayışın məzmun və istiqamətinin insanın təcrübəsindən, həyata münasibətindən, maraqlarından, bilik zənginliyindən, yönümündən asılı olması appersepsiya adlanır. Digər bir deyişlə, qavrayışın insan həyatının xüsusi tərzləri ilə ümumi əlaqələndirilməsinə appersepsiya deyilir. Qavrayış təkcə qıcıqlandırıcılardan asılı deyil, həm də qavrayanın özündən asılıdır. Eyni cisim və ya hadisə müxtəlif adamlar tərəfindən müxtəlif cür qavranılır. Eyni bir hadisəyə ayrı-ayrı adamlar müxtəlif cür yanaşır və müxtəlif xüsusiyyətlərini aşkara çıxarırlar.

Appersepsiya insanın yaşından və bilik səviyyəsindən asılıdır. Bilikli insan dərin və hərtərəfli fikirləşməyə malik olduğu kimi cisim və hadisələri də hərtərəfli, məzmunlu və dərindən qavramağa malik olur. Əvvəlcə maraqsız görünən hadisələr müəyyən bir yaşdan sonra daha maraqlı görünür. Appersepsiya insan qavrayışını fəallaşdırır. Belə ki, insan hər hansı cismi, hadısəni qavrayarkən ona müəyyən münasibət bəsləyir. Odur ki, qavrayış uyğun appersepsiya olduqda daha uğurla cərəyan edir.

Təkrif olunmuş, düzgün olmayan qavrayışa illüziya deyilir. Hiss üzvlərimizə birbaşa olaraq təsir edən cisimlər bəzən olduğu kimi deyil, təhrif edilmiş şəkildə qavranılır. Aşağıdakı illüziyalar vardır: görmə həndəsi fiqurların görüşməsi, ziddiyyətli illüziyalar, tünd rənglərin açıq rənglərdən irəlidə görünməsi, açıq rənglərin tünd rənglərdən böyük görünməsi və s. Görmə qavrayışlarında isə onlar daha çox nəzərə çarpır. Bu cisimlər arasındakı məsafəni, bucaqların böyüklüyünü müəyyən etməkdə, cisimlərin formalarını, bir-birinə nisbətən vəziyyətlərini və s. qavramaqda özünü göstərir. Məsələn eyni bir cisim özündən böyük cisimlər yanında əslində olduğundan kiçik, əksinə, özündən kiçik cisimlər arasında böyük görünür. Yaxud ağ paltar geymiş qadın tutqun rəngdəki paltarında olduğuna nisbətən kök görünür. Zolaqlı paltar da onun kimi. Paltarın zolaqları şaquli vəziyyətdə olanda adamı uzun, üfiqi olduqda isə qısa və kök göstərir. İllüziyaların səbəbləri çoxdur. Buraya obyektlə fonun kontrastlığı dərəcəsi, şaquli və horizontal xəttlərin nisbətini qiymətləndirməklə bağlı, yaxud dəmir yol xəttləri illüziyası və s. aid edilə bilər. İnsanın psixoloji haləti ilə bağlı olaraq da qavrayış təhrif olunur. Məsələn, diqqətin zəifləməsi, affekt halı zamanı illüziya hadisəsi özünü göstərir. İllüziyalar nə qədər mürəkkəb və çoxcəhətli görünsə də onları həqiqi qavrayış surətlərindən ayırmaq mümkündür.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin