Təhlil və tərkib. Təhlil- əşyanın, hadisənin fikrən hissələrə bölünməsidir. Tərkib təhlil vasitəsilə ayrılmış, bölünmüş parçaların tam halında birləşdirilməsidir. Təhlil problemi hissələrə bölür, tərkib yeni əsasda onu həll etmək üçün birləşdirir. Təhlil vasitəsi ilə əsas elementlər aşkarlanır, tərkib vasitəsilə tamın mahiyyət əlaqələri açılır. Təhlil və tərkib bir-biri ilə sıx əlaqədardır. Təhlil vasitəsilə ayrılmış əlamətlər tərkibin köməyi ilə fikirdə bütövləşir. Bəzi insanlar təhlilə meyilli olmaları- dəqiqlik və aydınlığı, digərləri isə tərkibin genişliyi ilə seçilir. Təhlil və tərkib təfəkkürün bütün tərəflərini ifadə edə bilmədiyindən, digər münasibətlər mücərrədləşmə və ümumiləşmə ilə aşkarlanır.