Əyani-obrazlı təfəkkür zamanı fikri proseslər fikirləşən insanın ətraf aləmi qavraması ilə birbaşa bağlıdır və onsuz icra olunmur. Fikir hissi-əyani olaraq, insanı gerçək aləmə bağlayır. Qısamüddətli və operativ hafizədə təmsil olunan obrazlar təfəkkür üçün gərəklidir.
Təfəkkürün bu növündən istifadə etdikdə adam qavradığı cisim və hadisələrin, icra etmiş olduğu praktik işin surəti əsasında fikirləşir. Təfəkkürün bu növü bağça yaşlı uşaqlarda özünü qabarıq şəkildə göstərir. Nəzəri obrazlı təfəkkür obrazları uzunmüddətli hafizədən əldə edir, sonra dəyişdirir. Bu təfəkkür forması məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlara xasdır. Praktik fəaliyyətlə məşğul olan yaşlı insanlara da bu təfəkkür növü xasdır.
Dostları ilə paylaş: |