Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə6/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   2   3   4   5   6   7   8   9   ...   95
Şifahi sorğu, adətən, yoxlananın reaksiya və davranışı üzərində müşahidə aparmaq tələb olunduqda həyata keçirilir. Yazılı sorğuya nisbətən şifahi sorğu insan psixologiyasına daha dərindən nüfuz etmək imkanı verir. Belə ki, tədqiqat zamanı yoxlanan adamın reasksiya və davranışından asılı olaraq araşdırmaçı öz suallarını tənzimləmək imkanına malik olur. Lakin sorğunun bu variantının keçirilməsi üçün uzun vaxt və araşdırmaçının xüsusi hazırlığı tələb olunur. Belə ki, cavabların obektivlilik dərəcəsi çox vaxt tədqiqatçının özünün davranış və şəxsi xüsusiyyətlərindən asılı olur. Yazılı sorğu daha çox adamı əhatə etməyə və buna nisbətən az vaxt sərf etməyə imkan verir. Bu cür sorğunun daha geniş yayılmış forması anketlərdir. Lakin yazılı sorğunun qüsurlu cəhəti ondan ibarətdir ki, bu zaman yoxlananın suallara reaksiyasını görmək mümkün deyil. Sərbəst sorğu bir növ şifahi və yazılı sorğunun müxtəlif variantlarıdır. Lakin bunu fərqləndirən cəhət ondan ibarətdir ki, veriləcək suallar öncədən müəyyənləşdirilmir. Bu cür sorğu zamanı araşdırmanın taktika və məzmununu asanlıqla dəyişdirmək mümkündür. Bu isə yoxlananlardan müxtəlif məlumatları əldə etməyə imkan verir.

5. Fəaliyyət metodlarının təhlili. Psixologiyada yardımçı metod kimi fəaliyyət məhsullarının təhlilindən də istifadə olunur. Fəaliyyət məhsulu kimi şagirdlərin icra etdikləri yazı işlərini, onların bədii yaradıcılıq məhsullarını: yazdıqları şer və hekayələri, əl işlərini, çəkdikləri rəsmləri və s. aid etmək olar. Bununla şagirdlərin bacarıq, vərdiş və qabiliyyətlərinin inkişaf xüsusiyyətlərini aşkara çıxarmaq mümkündür. Bu metod daha çox yoxlananı əhatə etməyə imkan verir.

6. Test metodu. Müasir psixologiyada psixodiaqnostik metodlardan ən geniş tətbiq olunanı testlərdir. Test qısa müddətli standartlaşdırılmış psixoloji sınaqdır. Testin köməyi ilə insanın psixologiyası və davranışının kəmiyyət və keyfiyyətcə dəqiq qiymətləndirilməsi bir sıra öncədən verilmiş standartlara- test normalarına nə dərəcədə uyğun olmasının müqayisəsi əsasında həyata keçirilir.

Testlərin ən geniş yayılmış növləri bunlardır: müvəffəqiyyət testləri, intellekt testləri, kreativ testləri, şəxsiyyət testləri, proyektiv testlər və s. Müvəffəqiyyət testlərinin köməyi ilə yoxlananların konkret bilik, bacarıq və vərdişlərə yiyələnmə dərəcəsi aşkara çıxarılır. İntellekt testləri yoxlananların zehni inkişaf səviyyəsini aşkara çıxarır. İntellekt testləri haqqında ilk fikir F.Qalton (1822-1911) tərəfindən irəli sürülmüşdür. Sonralar fransız psixoloqu A.Bine ilk psixoloji testlər yaratmışdır (1905). “Zehni yaş” anlayışından istifadə edən alman psixoloqu V.Ştern zehni koeffisenti (İQ) aşağıdakı formulla ölçməyi müəyyənləşdirmişdir:




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin