Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə67/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   63   64   65   66   67   68   69   70   ...   95
Affektlər surətlə yaranan, qüvvətli, nisbətən tez keçib gedən emosional hallardır. Affektlər insanı tez bürüyən, sürətlə ötüb keçən, iradi nəzarətin pozulması ilə xarakterizə olunan emosional prosesdir. Bu zaman insan keçirdiyi qorxu, hiddət, qəzəb və s. hisslərə güclü şəkildə qapılır. Adətən, insana qarşı ədalətsiz, normalara uyğun gəlməyən, mənliyinə toxunan hərəkətlər onu bir anda, sürətlə özündən çıxarır və kəskin hərəkətlərə yol verməsinə səbəb olur. İnsan bu cür hərəkətlərin icrasına öncədən hazırlaşmır. Onun bütün hərəkətləri şüurun nəzarətindən kənar baş verir. Fizioloji affekt adlanan bu hal tez də keçib gedə bilir.

Stress (ingiliscə- stress-təzyiq, gərginlik deməkdir)- insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fiziki, zehni işlər görərkən, eləcə də təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul etmək gərəkliliyi qarşısında qaldıqda keçirdiyi psixi vəziyyətdir. Mahiyyətcə stress-insanın keçirdiyi normal vəziyyətlərdən biridir. Onun insana pis təsiri həmin emosional vəziyyətin hansı səviyyədə baş verməsi ilə bağlıdır. Belə ki, stress halı bəzi vaxtlarda insanın məqsədyönlü fəaliyyətinə pozucu təsir göstərir, bəzən isə əksinə qüvvə və enerjisini artırır, fikrin cəmləşməsinə müsbət təsir göstərməklə, çətin məsələnin tez və asan həll olunmasına şərait yaradır. Psixi proseslərin-diqqətin, qavrayışın, hafizənin, təfəkkürün gedişinə dolaşıqlıq yaradan psixi vəziyyət distress adlanır. Uzunmüddətli distress vəziyyəti insanda bəzi xəstəliklərin (infarkt, beyin insultu, keçəllik, diş tökülməsi və s.) yaranmasına səbəb olur. Psixoloji stress emosional və informasiya sterssinə bölünür. Emosional stress təhlükəli, çətin, qorxulu şəraitdə özünü büruzə verir. Belə olan halda psixi fəaliyyətin gedişində neqativ məzmunlu dəyişiklik təzahür edir. İnformasiya stressi isə informasiya gününün həddən çox olması nəticəsində tapşırığın öhdəsindən gələ bilməkdə özünü göstərir.

Stressin bir forması da eustressdir. Eustress-xoş xəbər, yaradıcılıq uğuru, xoşa gələn fiziki iş və s. nəticəsində yaranan müsbət gərginlik vəziyyətidir. Eustress-əmək fəaliyyətini artırır və bədənin xəstəliklərə qarşı müqavimətini gücləndirir.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin