Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə7/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   2   3   4   5   6   7   8   9   10   ...   95
əqli yaş

IQ = X 100

xronoloji yaş
Hazırda psixodiaqnostik tədqiqatlarda D.Vekslerin şkalasından, “proqressiv Raven matrisasından”, R.Amtxauerin zehnin (intellektin) strukturu testindən, Q.Y.Ayzenqin “öz qabiliyyətlərinizi yoxlayın” və s. geniş istifadə olunur. İntellekt testlərindən fərqli olan xüsusi qabiliyət testlərindən də istifadə olunur. Bu cür testlərin köməyi ilə insanların hansı xüsusi qabiliyyətlərə (musiqi, riyazi, texniki və s.) malik olduqları aşkara çıxarılır. Kreativ testlər insanlarda yaradıcılıq qabiliyyətlərini aşkara çıxarmaq üçün tətbiq olunur. Bu testlərin əsasında yeni, qeyri-adi ideyaları irəli sürə bilmək qabiliyyətini aşkara çıxarmaq dayanır. Bu testdə tapşırıqlar sistemi elə qurulmuşdur ki, yoxlanan adam şəraiti dəyişmək, obyektə başqa cür yanaşa bilmək imkanına malik olsun. Şəxsiyyət testləri fərdin şəxsiyyətinin müxtəlif cəhətlərini araşdırmaq üçün istifadə olunur. Proyektiv testlər yoxlananların şəxsiyyətini tamlıqda öyrənməyə imkan verən metodikadır. Məsələn, proyektiv testlərin tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan şəkildə baş verən hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz daxili hiss və məramını ifadə edir (şəkillər elə tərtib olunur ki, onları müxtəlif şəkildə şərh etmək mümkün olsun).

7. Sosiometriya, riyazi-statistik və bioqrafik metodlar. Psixoldiaqnostik metod kimi sosiometriya metodundan da istifadə olunur. Sosiometriya (latınca- sosietas-cəmiyyət və yunanca- metreo- ölçmək deməkdir)–qruplarda və kollektivlərdə rəğbət və nifrət tipli insanlararası münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri üçün tətbiq olunan standartlaşdırılmış metodik üsulların toplusundan ibarətdir. Sosiometriya amerikan psixoloqu C.Moreno tərəfindən işlənilmişdir. Bu metodun köməyi ilə əldə edilmiş məlumatlar xüsusi sosiometrik cədvəl və sosioqramda əks etdirilməklə təhlil olunur. Psixologiyada riyazi-statistik metodlardan da istifadə olunur. Bu metodların köməyi ilə araşdırma zamanı əldə edilmiş nəticələrin dəqiqlik və etibarlılıq dərəcəsi aşkara çıxarılır. Psixoloji araşdırmalarda yardımçı metod kimi bioqrafik metodlardan da istifadə olunur. Bunun üçün insanın həyat yoluna aid faktların və hadisələrin, onun sələflərində, nəslində özünü göstərən xarakterik halların, sənədlərin, şəhadətnamələrin və s. təhlilindən istifadə olunur.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin