Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com MÖVZU 17: QABİLİYYƏTLƏR 1. Qabiliyyətlər haqqında anlayış. Həyatda biz tez-tez belə hallarla rastlaşırıq: eyni yaşda olan və eyni sinifdə oxuyan uşaqlara eyni bir işin icrası tapşırılır. Onlar üçün tam eyni olan iş şəraiti yaradılır. Buna baxmayaraq onlardan bəziləri həmin tapşırığı çətinlik çəkmədən yerinə yetirdiyi halda, başqaları çətinlik çəkir. Onların həmin işi yerinə yetirmələrindəki bu cür fərqi haqlı olaraq uşaqların qabiliyyətləri ilə izah edirlər. Təcrübə göstərir ki, müvafiq qabiliyyətlərə malik olan insanlar bu sahədə gərəkli bilik, bacarıq və vərdişlərə asanlıqla yiyələnir və əldə etdikləri nəticələrin səmərəliliyinə görə fərqlənirlər. Elə buna görə də insanda h uyğun qabiliyyətlərin olması onun həyat və fəaliyyətində önəmli rol oynayır, onun daha çox hansı fəaliyyət sahəsi üçün yararlı olduğunu söyləməyə imkan verir.