İstedadın növləri
2. Qabiliyyətlərin keyfiyyət və kəmiyyət xarakteristikası. İnsanın nəyə qabil olması, onun yerinə yetirdiyi fəaliyyət prosesində hansı fərdi-psixoloji xüsusiyyətlərin uğur qazandırıcı imkanlar kimi çıxış etməsi onun qabiliyyətlərinin keyfiyyət xarakteristikası kimi özünü göstərir.
Psixoloqların qeyd etdikləri kimi, qabiliyyətlər, onların keyfiyyət xüsusiyyətlləri baxımından fəaliyyətin uğurlu icrasını təmin edən mürəkkəb psixoloji xassələr kompleksi, müxtəlif yollarla məqsədə nail olmağa imkan verən dəyişən “kəmiyyətlər” yığımı kimi özünü göstərir.
Adətən hər hansı bir fəaliyyətin icrası zamanı eyni və ya oxşar nailiyyətin əldə edilməsinin əsasında tamamilə müxtəlif qabiliyyətlərin kompleksi dayana bilər. Bu isə insan qabiliyyətlərinin belə önəmli cəhətini açmağa imkan verir ki, onun bir xassəsini digəri ilə əvəz etmək mümkündür. Bunun üçün insanın həmin keyfiyyəti ciddi və təkidlə özündə inkişaf etdirməsi gərəklidir.
Qabiliyyətlərin kompensasiya imkanları vardır. Məsələn, görmə və eşitmə qabiliyyətini itirmiş insanda xüsusi təlim nəticəsində həm elmi yaradıcılıq, həm də ədiblik qabiliyyətinin olduğu müəyyənləşdirilmiş və inkişaf etdirilmişdir. Düzgün təlim sistemi və böyük, təkidli zəhmət sayəsində həmin insan özündə iybilmə, ehtizaz, lamisə duyğularının yüksək səviyyəsini təmin edən həssaslığı inkişaf etdirmiş və nəticədə özündə çatışmayan qabiliyyətləri əvəz etmək imkanı əldə etmişdir. O, iyindən insanları tanıya, əlini toxundurmaqla əşyaları fərqləndirə, otaqdakı əşyaların arasında sərbəst hərəkət edə bilmişdir. Bununla yanaşı olaraq ciddi elmi-tədqiqat işi ilə məşğul olmuş, yazdığı şerləri ilə ətrafdakıları təəccübləndirmişdir. Burada qabiliyyətlərin konpensasiyası baş verir. Yəni mövcud olmayan qabiliyyət çox geniş səviyyədə həmin insanda mövcud olan yüksək inkişaf etmiş digər qabiliyyətlə əvəz oluna bilər.
Qabiliyyətlərin keyfiyyət xarakteristikası onların kəmiyyət xarakteristikası ilə sıx bağlıdır. Fəaliyyətin tələblərinə cavab verən konkret psixoloji keyfiyyətləri müəyyən etdikdən sonra bu keyfiyyətin hər bir insanda öz iş və məktəb yoldaşlarına nisbətən nə dərəcədə az və ya çox inkişaf etməsi sualına cavab vermək olar.
Psixologiya tarixində qabiliyyətlərin kəmiyyət baxımından ölçülməsi XIX əsrin sonları və XX əsrin əvvəllərinə təsadüf edir. həmin dövrdə bir sıra psixoloqlar (Kettel, Termen, Spirmen və başqaları) kütləvi ixtisaslar üçün daha münasib namizədlər seçmək işini sahmana salmaq məqsədilə insanların qabiliyyət səviyyələrini aşkara çıxarmaq təklifini irəli sürmüşlər. Bunun üçün məqsəd qabiliyyətinə görə şəxsiyyətinə yerini və onun bu və ya digər əmək fəaliyyətinə, məsələn, ali məktəblərdə təhsil almağa, istehsalatda, orduda və sosial həyatda yüksək vəzifələri tutmağa nə dərəcədə yararlı olduğunu müəyyən etmək olmuşdur.
Qabiliyyətlərin ölçülməsi vasitəsi kimi əqli istedad testlərindən istifadə olunmağa başlanmışdır. Bu testlərin köməyi ilə bir sıra ölkələrdə əhali arasında qabiliyyətlərin müəyyənləşdirilməsi və məktəblərdə şagirdlərin qruplaşdırılması, orduda zabit vəzifələrinin, sənayedə rəhbər vəzifələrinin, sənayedə rəhbər vəzifələrinin, sənayedə rəhbər vəzifələrinin tutulması və s. həyata keçirilirdi. Zehni istedad testləri bir sıra sual və məsələlərdən ibarətdir. Testlərin həllinin uğurluluq dərəcəsi (sərf olunan vaxtın miqdarı nəzərə alınmaq şərtilə) balların cəmi ilə hesablanır. Testlər getdikcə testlər batareyasında birləşdirilir. Testlər batareyası həll edilib qurtardıqdan sonra alınmış nəticələr standart yolla hesablanır, hər bir yoxlamanın topladığı balın miqdarı yekunlaşdırılır. Bu zehni istedad əmsalı (İQ) adlanan ölçünün müəyyən edilməsinə imkan verir.
Bəs intellektin səviyyəsini necə ölçmək olar? Bu sahədə ilk təşəbbüs və fəaliyyəti məşhur fransız psixoloqu Alfred Bine həyata keçirmişdir. Zehni cəhətdən geri qalan uşaqlar problemini öyrənən A.Bine bu problemi həll etmək üçün olduqca maraqlı yol işləyib hazırladı. Bunun üçün uşaqlar tərəfindənuğurla həll edilməsi mümkün olan xüsusi tapşırıqlar hazırlayıb onlardan istifadə etməyi təklif etdi. A.Bine digər fransız psixoloqu T.Simonla birlikdə müxtəlif yaşlı uşaqların diqqətini, hafizəsini, təfəkkürünü və s. öyrənməyə başladı. Nəticədə yeni Bine-Simon testləri yarandı. Bu testologiyada yeni istiqamət oldu. Bu testlə yoxlanan uşaq öz həmyaşıdları tərəfindən yerinə yetirilən tapşırıqları həll edə bilirdisə, o, normal uşaq hesab edilirdi. Lakin bir sıra hallarda həmin tapşırıqlar uşaq üçün ya həddindən artıq asan, ya da çətin olurdu. Bu sahədə aparılan tədqiqatlar testalogiyada xronoloji yaş- CA (Chroniloqical Aqe) anlayışı ilə yanaşı ağıl yaşı-MA (Mental Aqe) anlayışından istifadə olunmağa başlandı. Onların bir-birinə uyğun gəlməməsi ya zehni geriliyin (MA CA-dan aşağı olanda), ya da istedadın (MA CA-dan yüksək olanda) göstəricisi hesab olunurdu. 1912-ci ildə V.Ştern onların nisbətini intellekt əmsalı (İQ) (intelliqence quotient) adlandırırdı. Əmsalı müəyyən edərkən, məsələn, nəzərə alınır ki, 11,5 yaş uşaqlar üçün balların orta yekunu 120-yə yaxınlaşmalıdır. Buradan da belə sadə nəticə çıxarılır ki,120 bal toplamış hər bir uşağın ağıl yaşı 11 il yarıma bərabərdir. Onun əsasında əqli istedad əmsalı aşağıdakı düsturla hesablanır:
Dostları ilə paylaş: |