3. Yer dəyişdirmə. Bizdə stresə səbəb olan bir problem gücümüzün çatmadığı bir insandan qaynaqlanırsa, ya da nəzarətimiz altında olmayan bir hadisə isə qəzəbimizi gücümüzün çatdığı bir insana yönəldirik. Məsələn, iş yerində müdirə qəzəblənən bir işçi acığını evdə xanımından çıxır. Həmin işçinin xanımı yoldaşına göstərə bilmədiyi qəzəbini gücünün çatdığı uşaqlarına hirslənərək büruzə verir, ya da evdəki itdən, pişikdən açıq çıxır.
4. Xəyal dünyasına qaçma. Mövcud şərait insana stres verirsə, insan xəyal quraraq özünü məmnun hiss edər. Məsələn, katibəlikdən xoşu gəlməyən bir qadın özünü bacarıqlı bir hakim kimi xəyal edərək katibəliyin ona verdiyi narahatlıqdan uzaqlaşır.