Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə4/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   2   3   4   5   6   7   8   9   ...   95
İxtisas: RİM

Kurs: 3

Fənn: Psixalogiya

Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com


MÖVZU 2: PSİXOLOGİYANIN TƏDQİQAT METODLARI
PLAN
1.Psixologiyanın tədqiqat metodlarının ümumi xarakteristikası və təsnifatı
2.Psixoloji müşahidə metodu
3. Eksperiment metodu
4.Psixoloji sorğu metodu
5. Fəaliyyət məhsullarının təhlili metodu
6.Test metodu
7.Sosiometriya,riyazi-statistik və bioqrafik metodlar

ƏDƏBİYYAT
1.Bayramov Ə. S.Tərccümə red.ilə Ümumi psixologiya,B.1982
2.Bayramov Ə.S.,Əlizadə Ə.Ə. Psixologiya, B.1989,2006
3.Məhərrəmov M. C. Psixologiya B.1968
4.Əliyev R. Psixologiya ,B.2006


1. Psixologiyanın tədqiqat metodlarının ümumi xarakteristikası və təsnifatı. İstər elmi tədqiqat, istərsə də praktik iş zamanı psixoloq müəyyən metodlardan istifadə edir. Ümumiyyətlə, hər hansı bir psixoloji problemi, məsələni araşdırmaq məqsədilə istifadə edilən yol və və vasitələrin toplusu psixologiyanın tədqiqat metodları adlanır. Metod nə qədər düzgün seçilər və tətbiq olunarsa nəticə bir o qədər səmərəli olar, elmin araşdırdığı hadisələri incəliklərinə qədər aşkara çıxarar. Psixologiyanın tədqiqat metodlarını əsas yardımçı olmaqla qruplaşdırırlar. Əsas metodlara müşahidəeksperiment metodlarını aid edirlər. Yardımçı metodlara isə sorğu, fəaliyyət məhsullarının təhlili, test, sosiometriya, riyazi-statistikbioqrafik metodlar daxil edilir.

2. Psixoloji müşahidə metodu. Müşahidə psixi hadisələrin gedişinə qarışmadan onları sadəcə olaraq izləmək yolu ilə emprik məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun şəraitə, psixi hadisələrin gedişinə qarışmaması müşahidə metodunun əsas xüsusiyyətidir. Müşahidə planlı və məqsədəuyğun aparılır. Müşahidə metodunun üstün cəhəti ondan ibarətdir ki, bu zaman üzərində müşahidə aparılan bundan xəbər tutmur, müşahidə təbii şəraitdə (iş zamanı, oyun, dərs və s.) aparıldığına görə öz hərəkətlərində dəyişiklik etmirlər.

Müşahidə qısamüddətli, uzunmüddətli, dövrü və sistematik ola bilər. Qısamüddətli müşahidə dəqiqələr ərzində insan psixikası və davranışının təzahürünü izləməklə həyata keçirilir. Məsələn, müəllimin izahına şagirdlərin münasibətini aşkara çıxarmaq üçün həmin anda onların üzərində aparılan müşahidə buna misal ola bilər. Uzunmüddətli müşahidəyə bütün dərs və ya bütün rüb ərzində aparılan müşahidələri aid etmək olar. Dövrü müşahidəyə gəldikdə bu, müəyyən dövrlərdə, məsələn hər rübün sonunda eyni bir psixi hadisənin təzahürünü izləməkdən ibarətdir. Dövrü müşahidə psixi hadisənin inkişaf dinamikasını aşkara çıxarmağa xidmət edir. Lakin burada müşahidə arası kəsilmədən uzun müddət məsələn, bütün dərs ili, müəyyən yaş dövrü ərzində aparılır. Müşahidənin nəticələri qeydə alınır, sonradan təhlil və ümumiləşdirmə əsasında uyğun nəticələr çıxarılır.

Müşahidə əsasən obyektiv nəticələrə, psixi hadisələrin gedişini izləməyə imkan verir. Buna baxmayaraq müşahidə zamanı bəzi çətinliklər mövcud ola bilir. Hər şeydən əvvəl psixoloq müşahidənin həyata keçirildiyi şəraitdəki dəyişikliyi müəyyən dərəcədə görə bilsə də ona tam nəzarət etmək imkanına malik olmur. Elə buna görə də nəzarətdən kənarda qalan amillərin təsiri altında tam dəqiq məlumat əldə etmək çətinləşir. Bundan başqa müşahidə psixoloqun subyektiv mövqeyindən kənar qalmaya bilər . Burada psixoloqun elmi baxışları, təcrübəsi , peşə hazırlığına və s. öz təsirini göstərə bilər. Şübhəsiz, müşahidə aparan psixoloq bu kimi təsirlərin aradan qaldırılmasına çalışmalıdır.

3. Eksperiment metodu. Müşahidənin çətinliklərindən biri də bu və ya digər psixi hadisənin, davranış tərzinin təzahürünü uzun müddət gözləmək lazım gəlməsi ilə bağlıdır. Ona görə də psixologiyada ən çox əsas tədqiat metodu kimi eksperimentdən istifadə olunur.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin