1. Qavrayışın əşyaviliyi obyektləşdirmə aktında ifadə olunur. Yəni biz ayrı-ayrı əlamətlərini duyduğumuz cisim, yaxud hadisəni aləmdə mövcud cisimlər, hadisələr qrupuna aid edirik, xarici aləmdən alınan məlumatları həmin aləmin özünə aid edir və onu əks etdiririk. Qavrayışın əşyaviliyi anadangəlmə keyfiyyət deyil. O, həyat fəaliyyəti prosesində lamisə və hərəkət duyğularının görmə duyğusuna qoşulması nəticəsində formalaşır. Belə bir fakta diqqət yetirək. Kliniki müşahidələr göstərir ki, kantuziya nəticəsində beyni zədələnmiş xəstədə göz almacıqlarının tam hərəkətsizliyi əmələ gəldikdə, o ətrafda olan hər şeyi işıq seli kimi duyur. Predmetləri qavraya bilmir. Lakin müəyyən müalicə aldıqdan sonra göz almacıqlarının hərəkəti bərpa olunur. Ancaq bundan sonra predmetləri qavraya bilir. Bu fakt onu göstərir ki, cisimlərin qavranılmasında görmə duyğusu ilə yanaşı hərəkət duyğusunun da iştirakı vacibdir. Qavrayışın əşyaviliyi ancaq bu zaman meydana çıxır. Qavrayışın əşyaviliyi xüsusiyyəti davranışın tənzim olunmasında önəmli rol oynayır. Adətən insan əşyaları onların görkəminə görə deyil, təcrübədə onlardan necə istifadə etdiyinə, onların əsas xassələrinə görə xarakterizə edir. Bu isə qavrayışın əşyaviliyi xüsusuiyyəti sayəsində mümkün olur.
2. Cismi qavrayarkən onu tam vahid kimi, müəyyən quruluşa malik kimi görüb anlayırıq. Məsələn, şəkildə o dəqiqə üçbucağı, dördbucağı, mənzərəni ayırd edirik. Bu qavrayışın tamığıdır. Hətta bəzən nitqdə də ayrı-ayrı səsləri yaxşı eşitmədiyimiz halda belə sözləri bir tam kimi əks etdiririk. Çünki burada insanın keçmiş təcrübəsi iştirak edir. Qavrayışın tamlığı cisim və hadisələrin sadəliyindən, düzülüşündən, mürəkkəbliyindən, formasından asılıdır. Məsələn 8 hərifli elektrik sözünü hərifləri qarışıq yazsaq qavramaqda çətinlik çəkərik.
3. Qavrama şəraiti dəyişsə belə qavrama surəti özünün tamlığını, sabitliyini itirmir. Məsələn, cisim insandan uzaqlaşdıqca onun gözün torlu qişasında təsviri kiçilir, lakin buna baxmayaraq biz həmin cismi malik olduğu bütövlükdə qavrayırıq. Bu, qavrayışın sabitliyidir Sabitlik olmasaydı eyni cisimi müxtəlif şəraitdə müxtəlif cür qavrayardıq. Çünki qavrama şəraiti dəyişən kimi cismin surəti də dəyişikliyə uğrayır. Məsələn, biz qarşımızdakı boşqabı üstdən dairə şəklində, yandan baxanda isə ellipis şəklində görməli idik. Lakin biz onu hansı tərəfdən baxmağımıza baxmayaraq dairə şəklində qavrayırıq. Bu qavrayışın sabitliyi ilə əlaqədardır. Qavrayışın sabitliyi-insanın xarici aləmin cisim və hadisələrinin xüsusiyyətlərinə bələdləşməsində, uyğunlaşmasında özünü göstərir. Qavrayışın sabitliyi anadangəlmə bir xüsusiyyət deyil. Belə bir fakta diqqət yetirək. Uşaqlıqda gözləri tutulmuş bir insanın görmə qabiliyyəti cərrahiyyə əməliyyatı sayəsində bərpa edilir. Əməliyyatdan sonrakı ilk vaxtlarda ona elə gəlir ki, 10-12 metr hündürlükdə olan pəncərədən küçəyə tullansa ona heç bir ziyan dəyməz. Bu o deməkdir ki, həmin adam aşağıda olan obyektləri uzaqda olan obyekt kimi yox, kiçik obyektlər kimi qavramışdır. Bu qavrayışın sabitliyinin pozulmasıdır.
4. İnsan onun üçün müəyyən əhəmiyyəti olan cisimləri, hadisələri ilk növbədə qavrayır.Yəni insanlar bu və ya digər cismi, hadisəni qavramağa səy etdikdə onu keçmiş həyatı müddətində əldə etməyə, mahiyyətini anlamağa çalışırlar. Bu da qavrayışın mənalılığı ilə bağlıdır. Qavrayışın mənalılığı cisim və hadisələr arasında əlaqənin, asılılığın, məna və mahiyyətin beyində əks olunmasıdır.
Dostları ilə paylaş: |