Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə5/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   2   3   4   5   6   7   8   9   ...   95
Eksperiment müşahidədən birinci növbədə onunla fərqlənir ki, bu zaman psixoloq psixi hadisələrin gedişinə qarışır, tədqiqatın təşkili üçün qarşısına qoyduğu məqsədə uyğun olaraq şərait yaradır. Bu müşahidə zamanı şəraitə tam nəzarət edə bilməməklə bağlı çətinliyi aradan qaldırır. Eksperimentin iki növü var: təbii və laborator eksperiment .

Təbii eksperiment ilk dəfə 1910-cu ildə rus psixoloqu A.F.Lazurski tərəfindən tətbiq olunmuşdur. Təbii eksperimentin məqsədi eksperiment zamanı psixi hadisələrin ortaya çıxmasına təsir göstərə biləcək amilləri aradan qaldırmaqdan ibarət olmuşdur. Bu cür eksperiment təbii şəraitdə (təlim, əmək, oyun şəraitində) həyata keçirilir. Məsələn, hansı materialın şagirdlərin təfəkkürünün inkişafına yüksək inkişafetdirici təsir göstərdiyini aşkara çıxarmaq üçün hazırlıq səviyyəsi eyni olan iki qrupdan birində (eksperiment qrupu) təlim materialları problem situasiya yaratmaq əsasında, digərində (control qrupu) ənənəvi yolla öyrədilir. Hər iki qrupda şagirdlərə eyni bir müəllim dərs deyir və onlar bu işləri adi dərs kimi qəbul edirlər. Ona görə də heç bir həyəcan, qorxu hissi keçirmirlər. Sonra hər iki qrupda yoxlama sorğu işləri keçirilərək hansı qrupda üstünlük olduğu aşkara çıxarılır. Laborator eksperiment laboratoriya şəraitində, xüsusi cihazların köməyi ilə həyata keçirilir. Müasir dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini aşkara çıxaran qurğular hazırlanmışdır ki, onların köməyi ilə tutarlı elmi nəticələr əldə etmək mümkündür.



Eksperiment metodunun daha iki növünü qeyd edirlər: müəyyənedici eksperiment və öyrədici (formalaşdırıcı) eksperiment. Yaş və pedaqoji psixologiyada eksperimentin bu növlərindən geniş istifadə olunur. Müəyyənedici eksperiment psixi hadisələrin fərdlərdə inkişaf səviyyəsini aşkara çıxarmaq üçün istifadə olunur. Burada eksperimentator psixi hadisələrin gedişinə təsir etmir. Öyrədici eksperiment isə eksperimentatorun fəal, məqsədəyönəlmiş təsiri prsesində yoxlananlarda psixikanın inkişaf xüsusiyyətlərini aşkara çıxarmasından ibarətdir. Bu cür eksperimentləri psixoloji-pedaqoji eksperiment də adlandırırlar. Eksperimenti fərdi şəkildə, ayrıca bir insan üzərində eyni vaxtda aparmaq mümkündür.

4. Psixoloji sorğu metodu. Bəzən müşahidə və eksperiment zamanı bu və ya digər hadisənin baş verməsi səbələrini aşkara çıxarmaq mümkün olmur. Bu zaman psixoloji sorğu psixoloqun köməyinə çatır. Sual-cavab yolu ilə psixoloq ona gərəkli olan faktı əldə edir. Lakin sorğu istintaqa çevrilməməlidir. Suallar düşünülmüş və birmənalı olmalıdır. Bu metodu çox vaxt müsahibə metodu da adlandırırlar. Sorğunun müxtəlif variantlarından istifadə etmək olar. Onların hər birinin üstün və çatışmayan cəhətləri vardır. Sorğunun üç əsas növü var: şifahi, yazılı və sərbəst sorğu.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin