Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3


Əqli nəticənin üç növü vardir



Yüklə 0,86 Mb.
səhifə54/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   50   51   52   53   54   55   56   57   ...   95
Əqli nəticənin üç növü vardir.

  • Induksiya, ayrı-ayrı faktlar, hallar üzərində aparılan. Müsahidələr

əsasında ümumi nəticə çıxarmaqdanibarət olan xüsusidən ümumiyə gedən əqli nəticədir. Məsələn: qızıl, gümüş, mis dəmirin yüksək temperaturda əridiyini müşahidə edərək deyirik: “bütün metallar yüksək temperaturda əriyirlər”.

  • deduksiya, məlum olan ümumi müddəaya əsasən müəyyən xüsusi

hallar haqqında nəticə çıxarmaqdan ibarət olan, ümumidən xüsusiyə gedən əqli nəticədir.

  • Təşben, hadisələr arasında qismən oxşarliqdan nəticə

çıxarmaqdan ibarət əqli nəticədir. Məsələn: “Yerin” və “Marsın” oxşarlığı fikri.

Təfəkkür fəaliyyəti zamanı aşağıdaki proseslərdən keçir.



  1. Təhlil və tərkib – təhlil cisim və hadisəni fikrən hissələrinə ayırmağa deyilirsə, tərkib həmin hissələri fikrən birləşdirməkdən ibarətdir.

  2. Müqaisə -cisim və hadisələrarasında oxşar və fərqli cəhətləri fikrən müəyyənləşdirməkdən ibarət olan əməliyyata deyilir.

  3. Ümumiləşdirmə - cisim və hadisələri mühüm əlamət və xassələrinə görə birləşdirməkdənibarət olan fikri əməliyyatdır.

  4. Konkretləşdirmə - müəyyən ümumi müddeaya aid olan xüsusi halları fikrən müəyyənləşdirməkdən ibarətdir. Məsələn: (qaydanın məsələ)

  5. Təsnifat – bu və ya digər əlaməti əsas tutaraq cisim və hadisələrin oxşar və fərqli cəhətlərinə görə onları fikrən qruplara, dəstəyə, növə ayırmaqdan ibarətdir. (Məsələn: iynəyarpaqlılar, enliyarpaqlilar (ağaclar), quşlar, sürünənlər)

Təfəkkürün inkişafı ağılın keyfiyyətləri ilə müəyyən olunur:

  • Ağlın müstəqilliyi – insanın öz bilik və təcrübəsinə əsasən sual

qoyması, cavab tapmaq üçün yollar tapması mülahizələr yürütməsindən ibarətdir.

  • Ağlın təngidiliyi – insanın öz fikirlərini ölçüb-biçməsi, səhvləri,

tapması, onların səbəblərini aydınlaşdırması daxildir.

törədən səbəbi müəyyən etməkdə, problemi hərtərəfli anlamaqda, hadisənin nəticəsini qabaqcadan müəyyən etməkdə ifadə olunur.

vasitələrin tapılıb onun həll edilməsində özünü göstərir.

  • Fikrin sürəti – insanın həll etdiyi məsələyə verdiyi son cavabın

müddəti ilə təyin edilir.

  • Fikrin məntiqliyi – insanın ardıcıl əsaslı və düzgün düzünməsində

ifadə olunur.

Təfəkkürün inkişafında onun aşağıdaki növləri müəyyən olunur:



  1. Əyani - əməlı təfəkkür - ən çox bilavasitə təsir edən cisim və

hadisələrin dərk edilməsi ilə əlaqədardır, praktik fəaliyyətlə bağlıdır.

  1. Əyani – obrazlı tafakkür prosesində fikri əməliyyat qavrayış və

təsəvvür materialına əsaslanır.(isveç psixoloqu piyaje 7 yaşlı uşaqlar).

  1. Mücərrəd təfəkkür zamanı fikri fəaliyyət əsasən ümumi və mücərrəd

məfhumlara istinad edir. Dəyər, xoşbəxtlik, kəmiyyət və s. haqqında fikirləşmək mücərrəd təfəkkürə aiddir.

  1. Əməli və ya praktik təfəkkür - əməli məsələlərin həlli ilə əlaqədar olan

təfəkkür növünə aiddir. Onun köməyi ilə şagirdlər laboratoriyalarda tədris təcrübə sahələrində öyrəndikləri bilikləri tətbiq edirlər.

  1. Texniki təfəkkür - əgər təfəkkür texniki məsələlərin həllinə yönəlir və

bu sahədə yüksək göstəricilərə nail olmağa imkan yaradırsa bu texnıkı təfəkkürə aiddir.

  1. Bədii tafakkür – varlığı obrazlı surətdə əks etdirməklə bağlı təfəkkürə

deyilir.

  1. Məntigi təfəkkür – obyektiv gərçəkliyin qanunauyğun əlaqələrinin

düzgün inikas etdirilməsi ilə əlaqədar olan təfəkkürdür.
Önəmli və ikinci dərəcəli əlamətlər, təsadüfi və gərəkli əlaqələr, sadə təsadüfi və real oxşarlıqlar qavrayışda üzvlənməmiş, ayrılmamış şəkildə olur. Təfəkkürün məqsədi ondan ibarətdir ki, önəmli, əsas, gərəkli əlaqələri, ikinci dərəcəli, formal əlaqələrdən, təsadüfi uyğunluqlarını situasiyalara görə ayırsın.

Gərəkli olanı, mahiyyət əlaqələrini, təsadüfdən zərurətə keçidi ayıran təfəkkür prosesləlri təkcədən ümumiyə keçir. Hissi idrakın sərhədlərini keçmək üçün insan təfəkkürünə müraciət olunur. Təfəkkür dərk etmə səviyyəsinin keyfiyyətcə yeni və daha yüksək mərhələsidir. Təfəkkürdə belə hadisələr üçün işarələrdən, nitqdən istifadə edirlər. Söz mücərrədləşdirmə alətidir və əşyaların mahiyyətini müəyyən etməyə imkan verir. Təfəkkür- fikrin hərəkətidir ki, əlaqələrin açılmasına xidmət edir, təkdən ümumiyə, ümumidən təkə və oradan da xüsusiyə doğru gedir. Təfəkkür əlaqə, münasibətlərin vasitəli kəşfinə əsaslanır və real aləmin ümumiləşmiş dərkidir.

Təfəkkür-insanın psixi, idraki fəaliyyətinin ən yüksək pilləsi olub, gerçəkliyin onun önəmli əlaqə və münasibətlərini keçmiş təcrübə və ümumiləşmiş nitq vasitəsi ilə əks etdirir. Ona görə də təfəkkürü cisim və hadisələr arasındakı qanunayuğun əlaqə və münasibətlərin ümumiləşmiş və vasitəli əksindən ibarət olan idrak prosesi adlandırırlar.Təfəkkür prosesində insan özündə olan bilikləri praktik təcrübə yolu ilə uyğunlaşdırır və bu insana imkan verir ki, o mahiyyətin daha dərin qatlarına nüfuz etsin.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin