Ağlın müstəqilliyi yeni sual və problemləri irəli sürə bilmək, onu müstəqil olaraq öz gücü ilə həyata keçirməyi bacarmaqdan ibarətdir. Təfəkkürün yaradıcılıq xüsusiyyəti elə bu cür müstəqillikdə öz əksini tapır. Həmin keyfiyyətə malik olan insanlar başqalarından asılı olmur, onların öz düşüncə, fikir tərzləri mövcud olur.
Ağlın tənqidiliyi insanın öz idrak obyektlərinə tənqidi yanaşmaq bacarığında ifadə olunur. Ağlın tənqidiliyi keyfiyyətinə malik olan insanlar duyub qavradıqları cisim və hadisələr arasındakı uyğunsuzluğu asanlıqla görə bilir və bununla bağlı olaraq öz fikirlərini əsaslandıra bilirlər.