Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə65/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   61   62   63   64   65   66   67   68   ...   95
İxtisas: RİM

Kurs: 3

Fənn: Psixalogiya

Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com


MÖVZU 13: HİSSLƏR, EMOSİONAL HALLAR

PLAN

    1. Hisslər haqqında anlayış.

    2. Hisslərin xarici ifadəsi və əsas keyfiyyətləri

    3. Hisslərin fizioloji əsasları və funksiyaları.

    4. Hisslərin keçirilməsi formaları.

    5. Ali hisslər


ƏDƏBİYYAT
1.Bayramov Ə. S.Tərccümə red.ilə Ümumi psixologiya,B.1982
2.Bayramov Ə.S.,Əlizadə Ə.Ə. Psixologiya, B.1989,2006
3.Məhərrəmov M. C. Psixologiya B.1968
4.Əliyev R. Psixologiya ,B.2006
1. Hisslər haqqında anlayış. Hisslər insanın dərk etdiyi cisim və hadisələrə, digər insanlara, eyni zamanda özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir. İnsanın hissləri idrak obyektinə bəslənən subyektiv münasibətlə bağlıdır. Deməli, hisslər subyektiv xarakter daşıyır və o, şəxsin bilik və təcrübəsindən, cins, yaş, fərdi xüsusiyyətlərindən, eləcə də düşdüyü konkret vəziyyətdən asılı olur. Hisslərin obyekti ətrafdakı cisim və hadisələr, başqa adamlar, onun subyekti isə insanın özüdür.

“Hiss” termini ilə “emosiya” termini arasında da həm oxşar, həm də fərli cəhətlər var. Emosiya (latınca “emoverre” həyəcan keçirmək deməkdir) insanın üzvü tələbatının təmin olub-olunmaması ilə bağlıdır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji önəmini müəyyənləşdirmək tələbatı ilə bağlıdır. Hiss və emosiyalar həm də insan davranışını tənzim edən psixi fəaliyyət formasıdır. Emosiyalar tələbatların təzahürünün subyektiv forması kimi çıxış edir. Emosiya həm insana, həm də heyvana xasdır. Hisslər isə yalnız insana xas olan psixi keyfiyyətdir. Hisslər insan cəmiyyətinin inkişafı prosesində formalaşmışdır. Ona görə də hisslər ictimai xarakter daşıyır. Hisslər insanın cisim və hadisələrə, insanlara bəslədiyi münaisbətin mahiyyətini, emosiyalar isə bu münasibətlərin təzahür formalarını ifadə edir. Ona görə də emosiyaları, hisslərin təzahür formaları kimi başa düşmək lazımdır. Emosiyaların inkişafının ali səviyyəsi davamlı hisslərdir. İnsanlar öz hisslərini emosiyalar formasında yaşayırlar.

İnsan hiss və emosiyaların köməyi ilə gündəlik həyatında rastlaşdığı bioloji, psixoloji, sosial gərginlikdən azad olur. Bu psixoterapevtik funksiya kimi orqanizmin relaksasiyasına kömək edir.

Hisslərin qeyri-adi qüvvəsindən istifadə etməklə şagirdin və ya tələbənin idrak fəaliyyətini fəallaşdırmaq yolu ilə, təlim prosesinin məhsuldarlığını yüksəltmək olar. Təlim prosesində öyrənənlərin emosional cəhətdən fəallaşdırılması nəinki elmi, həm də köklü praktik məsələ kimi meydana çıxır.

İnsan hafizəsi adətən seçici xarakter daşıyır. İnsanda müəyyən hiss və emosional hal doğuran qıcıqlandırıcı (söz, hərəkət, hadisə, cisim və s.) yaddaşda daha yaxşı saxlanılır. Psixologiyada hisslərlə hafizənin qovuşağında önəmli bir fenomen- emosional hafizə fenomeni əməllə gəlmişdir. “Kinli insanın yaddaşı uzun olar”, “İlan vuran ala çatıdan qorxar” kimi atalar sözləri emprik surətdə hisslərin hafizə və qavrayışa göstərdiyi təsiri təsdiq edir.

Təfəkkür, təxəyyül və nitq kimi idrak prosesləri də hisslərlə birlikdə cərəyan edir. Təfəkkür və hissin birgə inkişaf etdirilməsi müasir Azərbaycan məktəbi üçün prioritet olmalıdır. Son dövrlərdə bir çox yerlərdə təhsil son dərəcə rasionallaşdırılıb və verballaşdırılıb. Belə olan şəraitdə uşaqların affektiv-emosional duyumu öləziyir. Nəticədə insanlar arasında laqeydlik, etinasızlıq, biganəlik, soyuqluq əmələ gəlir. Odur ki, şagird təfəkkürünün fəallaşdırılması, onun inkişafı hiss və emosiyalardan təcrid olunmuş halda yox, onunla birlikdə, onun köməyi ilə həyata keçirilməlidir. Eksperimental şəkildə sübut olunmuşdur ki, emosional fəallıq olmadan hər hansı mürəkkəb fikri və praktik məsələnin həlli subyektiv surətdə mümkün deyildir. Odur ki, hər hansı mürəkkəb məsələ iki planda həll edilir: 1) emosional, 2) intellektual.

Emosional həll dedikdə, şəxsdə məsələnin həlli prinsipinin tapılmasına olan inam hissinin əmələ gəlməsidir. Bundan sonrakı əməliyyatla əlaqədar olaraq emosional fəallıq da artır. Məsələnin emosional planda həlli, onun intellektual planda həllini surətləndirir. Belə ki, emosiyalar idrak proseslərini nəinki fəallaşdırır, həm də problemlə bağlı qavrayışın, hafizənin, təfəkkürün məzmununa seçici təsir göstərir.

Təxəyyül ali psixi funksiya kimi idrak fəaliyyətində önəmli rol oynayır. O, ilk növbədə hissələri fəalllaşdırmağın başlıca vasitəsidir. Təxəyyül gücündən istifadə etməklə gələcək peşəsi qanadında səyahət edən gənc tələbə öz hisslərini daha da rövnəqləndirir. Bununla da özünün təlim fəaliyyətinə münasibəti dəyişir və tələbə daha səylə oxumağa başlayır. Təxəyyülün aktivləşdirilməsi tələbənin emosional cəhətdən fəallaşdırılmasının önəmli şərtlərindən biridir. Hiss və emosiyaların köməyi ilə şagirdlərin idrak fəallığının artırılması müasir dərsə verilən psixoloji tələblərdəndir.



2. Hisslərin xarici ifadəsi və əsas keyfiyyətləri. Biz ünsiyyətdə olduğumuz insanları hansı hisslər keçirdiklərini onların sifət çizgilərindən, bədən hərəkətlərindən, səsindən aydın duya bilərik. Adətən, insanın razı və narazı olmasını, sevinc və kədərini, narahatlağını, pərt olmasını, utanması və qorxmasını və s. onun sifət cizgilərində, bədənin ifadəli hərəkətlərində, eləcə də səsində əks olunur.

Hər şeydən öncə insanın nə kimi hisslər keçirməsi onun tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində xarici ifadəsini tapır. Qorxu hissi keçirən insanın sanki nəfəsi kəsilir, gərəkli sözləri tapıb deməkdə çətinlik çəkir. Sevinc hissi keçirdikdə isə tamamilə başqa cür nəfəs alır.

İnsanın hansı hissləri keçirməsi qan dövranında daha aydın özünü göstərir. Belə ki, insan utandıqda, pərt olduqda üzünün rəngi qızarır, qorxudan isə ağarır. Bunlarla yanaşı, insanın keçirdiyi hissləri, onun bədəninin ifadəli hərəkətlərindən-pantomimikasından da başa düşmək mümkündür. Adətən, balet tamaşaları zamanı artist bir kəlimə söz işlətmədən bədənin ifadəli hərəkətləri ilə keçirdiyi uyğun hissləri təzahür etdirir.

Nəhayət, insanın keçirdiyi hisslər onun nitqində də öz ifadəsini tapa bilir. İnsan müəyyən hadisəyə münasibətini nitqinin intonasiya ilə iadə edə bilir. (Məsələn, necə? Sözünü müxtəlif intinasiya ilə ifadə etməklə). Beləliklə mimika, pantomimika, jestlər, intonasiya, kinesika və proksimika qeyri-verbal ünsiyyət vasitəsi kimi emosiyaları təzahür etdirir.

İnsanın gerçək aləmdəki cisim və hadisələrə emosional münasibətində müsbət və mənfi olmaqla iki əsas keyfiyyəti qeyd olunur. Əgər cisim və hadisələr insanın tələbatlarını ödəyirsə, bu zaman müsbət, başqa sözlə stenik hisslər özünü göstərir. Əksinə, cisim və hadisələr insanın tələbatlarını ödəmirsə mənfi- astenik hisslər baş verir. Psixoloji araşdırmalar hisslərin bu iki keyfiyyəti ilə yanaşı olaraq daha iki keyfiyyətini aşakra çıxarmışdır. Belə ki, hissi törədən obyektə şəxsiyyətin müsbət və mənfi münasibətindən başqa ikili münasibət və qeyri-müəyyən bələdləşmə münasibətinin də olduğu müəyyən edilmişdir. İkili və yaxud ambivalent hissə qısqanclıq hissini misal göstərmək olar. Belə ki, qısqanclıq zamanı insanda məhəbbət və nifrət hissi özünəməxsus şəkildə birləşə bilir.

Ambivalent hissə başqa bir misal da göstərmək olar. Məsələn,isti günəş altında səhra yolunu keçən bir insan susuzluqan əziyyət çəkir. Keçdiyi yolun bir hissəsində su gölməçəsinə rast gəlir. O, gölməçədən ovuclarını dolduraraq içir. Susuzluqdan əziyyət çəkdiyinə görə bundan razılıq hissi keçirir. Bununla yanaşı gölməçədə olan sudan bataqlıq tamı gəlir. Ona görə də həmin su onda həm razılıq, həm də narazılıq hissi yarada bilir.

İnsanın öz hisslərinin obyektlərinə emosional münasibətinin digər keyfiyyəti hisslərin qeyri-müəyyənliyidir. Bu keyfiyyəti qısamüddətli emosional reaksiyalarda, eyni zamanda bəzi obyektlərə qarşı yaranmış davamlı hisslərdə müşahidə etmək olar. Adətən, insanın ilk dəfə rast gəldiyi hadisələrə təccüb etməsi, onunla maraqlanması bu cür baş verir.

3. Hisslərin fizioloji əsasları və funksiyaları. Hiss və emosiyaların əmələ gəlməsi və idarə olunması vegetativ sinir siseminin funksiyasına daxildir. Hisslərin əmələ gəlməsində beynin qabıqaltı sahələrində baş verən sinir prosesləri çox önəmli rol oynayır. Həmin sahə tənəffüs prosesini, ürək döyüntüsünü, nəbz vurmanı, orqanizmin ayrı-ayrı hisslərinin qan təchizini, hərarəti, bəzi orqanların və ifrazat vəzilərinin fəaliyyətini tənzimləyir. Ona görə də hər hansı hissin baş verməsi müvafiq üzvlərdə müəyyən dəyişikliyin əmələ gəlməsi ilə nəticələnir. Məsələn, tənəffüs ahəngi dəyişir, göz bəbəyi genişlənir, ürək döyüntüsü ya artır, ya da azalır, nəbz vurma dəyişir, tüklər biz-biz olur, tərləmə artır, ağızda dil quruyur və s. Təsadüfü deyildir ki, qədim yunan həkimi Hippokrat 60-a qədər nəbz vurma kəşf etmişdir. Odur ki, ürəyin döyüntüsü emosiyanın ən həsas indikatorudur. Ona görə də çox vaxt insanlar öz emosiyalarını ürəyin fəaliyyəti ilə əlaqələndirirlər.

Hiss və emosiyaların əmələ gəlməsində və cərəyan etməsində ikinci siqnal sistemi xüsusi rol oynayır. Çünki hər hansı emosional halı elə sözün köməyi ilə də yaratmaq olar. Beləliklə, beyin qabığında və qabıqaltı sahədə baş verən sinir prosesləri, hiss və emosiyaların fizioloji əsası hesab olunur.

İnsanın emosional və hiss halına simpatik və parasimpatik sinir sistemi nəzarət edir. Dalaşarkən və ya qorxuya düşüb qaçarkən simpaik sistem insan orqanizmində müəyyən dəyişikliklər etməklə (məsələn, qan təzyiqi artır, qanın laxtalanma dərəcəsi yüksəlir, tərləmə artır və s.) onu düşdüyü vəziyyətə hazırlayır və enerji dolu qanı bütün hüceyrələrə göndərir. Belə bir təhlükəli vəziyyət aradan qalxdıqdan sonra parasimpatik sistem öz funksiyasına başlayır və insanın fizioloji durumunu normallaşdırır.

Adi vəziyyətdə müəyyən duyğu və emosiyaların, təhlükəli vaxtlarda isə qorxu və qəzəb emosiyalarının müşayiəti ilə yaşayırıq. İnsan övladının ətrafıyla etdiyi çoxəsirlik davadan, vuruşmadan salamat çıxmasına bu iki sistem yardım etmişdir. Deməli, emosiyalar orqanizmin düşdüyü vəziyyətə uyğunlaşmasını təmin etməklə, insan həyatının davam etməsində önəmli rol oynayır.

Hisslər əsasən üç önəmli funsiyanı yerinə yetirir: siqnal, tənzimetməkommunikativ funksiya. Bu funksiyalar ümumilikdə insanın ətraf aləmi düzgün əks etdirməsinə və ona uyğunlaşmasına xidmət göstərir. Biz emosiyaların köməyi ilə nitqdən istifadə etmədən qarşımızdakı insanın emosional duyumunu başa düşür və ona uyğun şəkildə ünsiyyət qururuq. Siqnal funksiyasının köməyi ilə biz əraf aləmdə baş verən hadisələrin hansının həyatımız üçün faydalı və ya təhlükəli olduğunu dərk edirik. Bundan sonra davranış və rəftarımızda həmin cəhətləri nəzərə alaraq fəaliyyətimizdə müəyyən dəyişikliklər edirik.

İkincisi, hisslər insanın hərəkət və fəaliyyətinin motivi kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilir. Bu hisslərin tənzimetmə funksiyası ilə bağlıdır. Məsələn, hər hansı dilə olan maraq, onu öyrənmək istəyi insanı uyğun ali məktəbdə oxumağa təhrik edir. dilə olan həvəs insanı həmin xalqın tarixindən, mədəniyyətindən bəhs edən kitablar oxumağa, filmlərə tamaşa etməyə və musiqisinə qulaq asmağa vadar edir.

Hisslərin kommunikativ funksiyası onunla ifadə olunur ki, insanın keçirdiyi hisslər onun mimikasında, səsində, tənəffüs ahəngində və s.təzahür edir. Hissəlrin bu cür ekspressiyası, qarşı tərəf üçün informasiya mənbəyinə çevrilir. Beləliklə, həmin kommunikativ funksiya şəxsiyyətlərarası qarşılıqlı münasibətlərin tənzimlənməsinə xidmət göstərir. Məsələn, kədəri ekspressiya etməklə insan qarşı tərəfə özünün pis, çətin vəziyyətdə olduğunu bildirir. Bu hal onun köməyə ehtiyacı olduğu haqqında başqasına məlumat verir. Bundan sonra biz həmin insana kömək etmək istəyir, onun dərdinə şərik olur və təsəlli veririk.

Amerikan psixoloqu K.İzard qeyd olunan funksiyalarla yanaşı emosiyaların motivasiya və sosiallaşma funksiyalarının olduğunu da qeyd etmişdir. Məsələn, qorxu hissi insanı kömək axtarmağa məcbur edir. Güclü yanğın təhlükəsi qonşularda qorxu hissi yaradır. Bu da onların birləşməsinə və mütəşəkkil formada qorxu mənbəyinə qarşı mübarizə aparmalarına səbəb olur. Bu qorxunun yaratdığı sosiallaşmadır. İnsanın sosiallaşması prosesi hiss və emosiyanın hesabına həyata keçirilir.



Psixoloji araşdırmalarda bu fundamental emosiyalar müəyyən olunmuş və təsvir edilmişdir: maraq, sevinc, heyrət, kədər, qəzəb, nifrət, həqarət, qorxu, həya, günah, həyəcan, əzab.

4. Hisslərin keçirilməsi formaları. Hisslər yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif şəkildə keçirilə bilir. Bu baxımdan hisslərin aşağıdakı əsas keçirilmə formalarını qeyd etmək olar: əhvallar, affektlər, gərginlik, frustrasiya.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin