Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə73/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   69   70   71   72   73   74   75   76   ...   95
İxtisas: RİM

Kurs: 3

Fənn: Psixalogiya

Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com

MÖVZU 14: İRADƏ
1. İradə haqqında anlayış. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesinə iradə deyilir.

İradi iş zamanı insan iki cür maneəni aradan qaldırmalı olur: daxili (subyektiv) xarici (obyektiv) maneələr. Daxili maneə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən obyektiv, onun istəyindən asılı olmayan maneədir. Məsələn, şagird sabahkı dərsə hazırlaşmaq məqsədini qarşısına qoyur. Bu zaman işıqlar sönür. Şagird öz məqsədinə çatmaq üçün yaxınlıqda yaşayan qohumugilə gedərək dərsi hazırlayırsa, xarici maneəni aradan qaldıraraq öz məqsədinə nail olur. Mətin, iradəli insanlar qarşılarına qoyduqları məqsədə nail olmaq üçün hər cür maneəni aradan qaldıra bilirlər.

İradə- ali psixi funksiya kimi, insanın həyatı prosesində formalaşır. İradənin fizioloji mexanizmi baş beyin yarımkürələri qabığının fəaliyyəti ilə bağlıdır. İ.P.Pavlovun nəzəriyyəsinə görə, insanın iradəsi söz qıcıqlandırıcıları ilə bağlıdır. İnsanın iradi davranışının fizioloji əsası birinci siqnal sistemi ilə qarşılıqlı təsirdə olan ikinci siqnal sistemidir. İradə-psixikanın tənzimedici vəzifəsidir. Bu vəzifə insanın öz davranış və fəaliyyətini idarə etmək qabiliyyətində, qarşısına qoyduğu məqsədə nail olmaq işində rast gəldiyi maneə və çətinlikləri aradan qaldırmaqda ifadə edilir. İradə-xüsusi fəaliyyət forması kimi insandan öz davranışını qarşısına qoyduğu məqsədə uyğun olaraq tənzim etməyi, onunla rəqabətə girən başqa arzu və istəkləri ləngitməyi, boğmağı tələb edir.

İradi işi mahiyyətinə görə, həm də ixtiyari iş kimi də səciyyələndirmək olar. Çünki, hər bir iradi iş, başqa ixtiyari işlər kimi qarşıya məqsədin qoyulması ilə başlayır və onun yerinə yetirilməsi ilə nəticələnir. Məsələn, eyni otaqda qalan tələbədən A- çoxdan yatıb, B-isə yuxusu gəlsə də oturub sabahkı seminar məşğələsinə hazırlaşır. Bu misallarda hər iki tələbə müəyyən məqsəd əsasında hərəkət edir. Ona görə də, hər cür sadə işi iradi iş kimi səciyyələndirmək olmaz. Yerinə yetirilən iş o zaman iradi iş adlandırıla bilər ki, orada müəyyən iradi səy tələb olunsun. B-nin yuxusu gəlsə belə, oturub seminara hazırlaşması, iradi səy hesabına yerinə yetirilmişdir. Ona görə də, bu cür iş iradi iş kimi səciyyələndirilir və ikiqat ixtiyari adlandırılır.

Beləliklə, işin həm motivasiya tərzinə, həm də icra mexanizminə görə ixtiyari olması onun psixoloji cəhətdən iradi olmasının göstəricisidir. Beləliklə, iradi iş mürəkkəb xarakter daşımaqla ixtiyari işin xüsusi formasıdır. İradi işin motivi insanın birbaşa olaraq aktual tələbatları ilə müəyyən olunmur.

İradə iki funksiyanı yerinə yetirir:1. təhriketmə funksiyası; 2. ləngitmə funksiyası.

İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün çalışması bu yöndə mübarizə aparması, qarşısına çıxan maneələri dəf etməsi, eyni zamanda özünün aktual tələbatı ilə bağlı olmayan işlər görməsi, dünyagörüşünə, əqidəsinə, inam və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləşir. Bu funksiyalar bir-birilə qarşılıqlı surətdə bağlıdır.

İradə həm də təxəyyüllə bağlıdır. Belə ki, insan fəaliyyət göstərəcəyi şəraiti təxəyyüldə canlandırdıqda, görəcəyi işi daha yaxşı icra edir.

Təlim prosesində, eləcə də, tərbiyə işində müəllimlər, tərbiyəçilər, həmçinin valideynlər uşaqlarda görəcəkləri işlə bağlı müsbət xəyali motivlər yaratmaqla onlara psixoloji cəhətdən kömək edə bilərlər.

2. İradi işin quruluşu . İnsanın iradəsi elə fəaliyyət prosesində özünü göstərir. İradi iş iki əsas mərhələdən ibarətdir: 1. Zehni və ya intellektual mərhələ; 2.İicra və yaxud əsas iradi mərhələ.

Zehni mərhlə tələbatın dərk olunması, həvəs və arzunun əmələ gəlməsi, məqsədin ayrılması, motivlər mübarizəsi, qərar qəbulu və işin planlaşdırılması ilə xarakterizə olunur. Qərarın qəbulu, yəni işin hansı şəkildə icra edilməsi, iradi işin quruluşunda önəmli mərhələdir. Həqiqi iradi başlanğıc işin elə hansı şəkildə icra edilməsi haqqında qərarın qəbul edilməsində özünü göstərir. Zehni mərhələ, xüsusən onun motivlər mübarizəsi və qərar qəbulu mərhələsində təfəkkür aktivləşdirilir. İradi işin bir elementi risk adlanır. Risk-o halda işə qoşulur ki, fəaliyyətin nəticələrini proqnozlaşdırmaq mümkün olmasın. Səmərəli risk, mahiyyətinə görə çox önəmli iradi keyfiyyət hesab olunur.

Zehni mərhələ iradi işin icra mərhələsi ilə tamamlanır. İnsanın iradi keyfiyyətləri, onun nə dərəcədə iradi olub-olmaması elə ikinci mərhələdə aşkar olur.

Adətən öz strukturuna görə iradi işləri iki qrupa bölmək olar: sadə və mürəkkəb iradi işlər.

Sadə iradi iş qərar qəbulu və onun icrası ilə başa çatır. Məsələn, əgər dərsə hazırlaşmağı qərara alır və dərhal masanın arxasına keçib hazırlaşmağa başlayırsınızsa, bu cür işi sadə iradi iş adlandırmaq olar.

Mürəkkəb iradi işdə isə vəziyyət tamamilə dəyişir. Bu zaman qərarın qəbulu və icrası bir sıra mərhələlərdən keçir. Burada məqsəd, motivlər, qərar qəbulu, onun icrası üçün yol və vasitələrin axtarılması, qərarın icrası və s. mərhələlərdən keçmək gərəkli olur. Belə bir misala nəzər salaq. XI sinif şagirdi ali məktəbə qəbul olmaq məqsədini qarşısına qoyur. Bu zaman hansı ixtisası, hansı universiteti seçmək məsələsi ortaya çıxır. Şagirdi ingilis dili ixtisası maraqlandırır. Valideynləri isə onun həkim olmasını istəyirlər. Keçən il həmin məktəbi bitirən yoldaşlarından Dillər Universitetinə daxil olanlar ona bu ixtisası seçməyi məsləhət bilirlər. Bütün bu motivlər arasında mübarizə gedir. Nəhayət, o ingilis dili üzrə mütəxəssis olmaq qərarına gəlir. Bundan sonra yeni mərhələ başlayır. Şagird bunun üçün yol və vasitələr arayır. Müəllimlərindən məsləhət alır. Xüsusi hazırlıq kurslarına gedir. Ciddi şəkildə sınaq imtahanlarında iştirak edir. nəhayət, qəbul haqqında elanlar çıxdıqdan sonra sənədlərini həmin ixtisas üzrə təqdim edir. bundan sonra test imtahanlarına gedir. Son nəticədə məqsədinə necə nail olduğunu qiymətləndirir.



3. Şəxsiyyətin iradi keyfiyyətləri. Şəxsiyyətin iradi keyfiyyətləri elə iş prosesində özünü göstərir və formalaşır. İradi keyfiyyətlər mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyatı prosesində formalaşır, psixoloji səviyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, sosial mühit, eləcə də, sinir tipi iradi keyfiyyətlərin formalaşmasında böyük önəm daşıyır.

Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirmək olar:




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin