Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3


İlkin iradi keyfiyyətlər –



Yüklə 0,86 Mb.
səhifə74/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   70   71   72   73   74   75   76   77   ...   95
1. İlkin iradi keyfiyyətlər –iradi güc, təkidlilik.

2. Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.

3.Üçüncü iradi keyfiyyətlər – məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.

İradi keyfiyyətləri mənfi müsbət olmaqla iki qrupa bölmək olar. Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müstəqillik, səbirlilik və s. aid edirlər. Bunların hər birinin əksini mənfi iradi keyfiyyətlər təşkil edir. Mənfi iradi keyfiyyətlərə iradi nöqsan kimi təqlidçilik, təlqinə qapılmaq, neqativizm, tərsiliyi də aid etmək olar.



Təkidlilik- qəbul edilmiş qərarın icrası zamanı qarşıya çıxan çətinlik və maneələrə qarşı mübarizə aparıb, onlara qalib gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür edir. Tərslik- iradi nöqsan kimi real şəraiti düzgün qavrayıb qiymətləndirə bilməmək və dəyişmiş şəraitə çevik münasibət bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt bilərəkdən öz inadından dönməməkdə özünü göstərir.

Qətiyyət- hər hansı məsələ ilə bağlı heç bir tərəddüd etmədən, vaxtında düşünülmüş qərar qəbul etməkdə ifadə olunur. Qətiyyət-iradi keyfiyyət kimi iradi işin bütün mərhələlərində özünü göstərir. Qətiyyətlilik- məqsəd aydınlığı və inam hissi (yəqinlik) ilə sıx bağlıdır. Qətiyyətsiz insan üçün işin bütün mərhələləri uzun və üzücü prosesə çevrilir. Qətiyyətsizlik- inamsızlıq, zəiflik, qorxaqlıq və məqsədin aydın dərk olunmaması və s. səbəblərlə bağlıdır.

Cəsarət- qəbul edilmiş qərarın icrası zamanı, tapşırığın, işin uğurlu həlli üçün qorxu hissinə qalib gəlmək, təhlükəyə qarşı getməkdə, risk etməkdə təzahür edir. Cəsarət iradəni qüvvətləndirir və şəxsiyyətin hörmət və nüfuzunu artırır. Qorxaqlıq- insanın motivasiya sahəsi ilə bağlı olub, sosial keyfiyyət kimi, ətraf aləmdə baş verən hadisələrə münasibətdə özünü göstərir. Qorxaqlıq- inamsızlıqla, cəsarətliliklə, qətiyyətsizliklə çulğalaşan keyfiyyətdir. Qorxu həm də orqanizmin bioloji müdafiə reaksiyasıdır.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin