Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com MÖVZU 15: TEMPERAMENT 1. Temperament haqqında anlayış. Adətən, hər hansı bir insan qrupunda müşahidə apardıqda qrupdakı insanlarının birinin cəld, digərinin təmkinli, birinin tez özündən çıxan, digərinin müvazinətli, birinin hər şeyə tez reaksiya verən, digərinin ləng olduğunu görürük. Ona görə də bəşəriyyət lap qədimdən müxtəlif insanların, tipologiyasını verməyə cəhd göstərmişlər. Bu cür tipolgiya praktiki olaraq faydalı idi, belə ki, onun köməyi ilə konkret həyat şəraitində bu və ya digər insanın davranışını qabaqcadan görmək və nəzərə almaq olardı. Tarixən insanları bir-birindən fərqləndirən həmin xüsusiyyətlərə “temperament” adı verilmişdir.
Temperament- insanın elə bir anadangəlmə xüsusiyyətidir ki, onlar intensivliyin, təsirə cavabvermə sürətinin dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlşma xüsusiyyətlərini şərtləndirir.