Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə79/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   75   76   77   78   79   80   81   82   ...   95
MÖVZU 16: XARAKTER
Plan:
1.Xarakter haqqında anlayış

2.Xarakterin quruluşu

3.Xarakter haqqında təlimlər tarixindən

4.Xarakter və şəxsiyyət

5.Xarakterin formalaşması
ƏDƏBİYYAT

Bayramov Ə. S.Tərccümə red.ilə Ümumi psixologiya,B.1982


2.Bayramov Ə.S.,Əlizadə Ə.Ə. Psixologiya, B.1989,2006
3.Məhərrəmov M. C. Psixologiya B.1968
4 Əliyev R. Psixologiya ,B.2006

1. Xarakter haqqında anlayış. İnsanları bir-birindən fərqləndirən, insanın davamlı fərdi psixi xassələrindən biri də xarakterdir. Adətən, insanları bir-birilərin-dən fərqləndirərkən onların xassiyyətini, xarakterini ön plana çəkirlər. Bu baxımdan yunanca “xarakter” “möhür”, “naxış” mənasını bildirir. Xarakter bir növ insanın özünəməxsus davranış formasını əks etdirir. Onun ən mühüm cəhəti ondan ibarətdir ki, xarakter insanın hər cür xüsusiyyətlərini deyil, önəmli və davamlı fərdi xüsusiyyətlərinin toplusunu özündə əks etdirir. Digər tərəfdən xarakteri bir psixi fenomen kimi fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, o həmişə fəaliyyət və ünsiyyət prosesində, insanın onu əhatə edən gerçək aləmə və insanlara münasibətdə təzahür edir. xarakter həyatda qazanılmış davranış formasıdır. Heç kim anadan tənbəl və ya işgüzar, kobud və ya mehriban, qəddar və ya ürəyiyumşaq, səliqəli və ya pinti, təvazökar və ya xudbin doğulmur. Bu kimi keyfiyyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbiyənin təsiri altında əldə edir. Həmin əlamətlər həmin insanın xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik şəraitdə dərhal özünü göstərməyə başlayır.

Bütün bunlarla yanaşı olaraq insan xarakteri onun dünyagörüş və əqidəsi ilə də sıx bağlıdır. İnsanın münasibətlər sistemini təşkil edən dünyagörüşü və əqidəsi istər-istəməz onun xarakter əlamətlərinin formalaşmasına zəmin yaradır. Adətən, xarakter formalaşdıqdan sonra bu və ya digər davranış tərzini həyata keçirməyə təhrik edir.



Konkret insan üçün tipik olan fəaliyyət və ünsiyyət prosesində formalaşan və özünü göstərən, tipik şəraitdə üzə çıxan və insanın bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlərinin toplusuna xarakter deyilir.

Psixoloqların apardıqları araşdırmalar belə bir qənaətə gəlməyə imkan vermişdir ki, insanın münasibətləri xarakter əlamətlərinin fərdi özünəməxsusluğunu iki cəhətdən müəyyənləşdirir. Birinci, insanın düşdüyü hər bir tippik şəraitdə emosional həyəcanlarının fərdi özünəməxsusluğu insanın münasibətlərindən asılıdır. Həyati faktlar xarakterin hər bir xüsusiyyətinin elə bu cür tipik şəraitdə özünü büruzə verdiyini göstərir. İkincisi, hər bir tipik şəraitdə insanın özünü göstərən davranış formasının özünəməxsus fərdi xüsusiyyətləri də onun münasibətindən asılıdır.



2. Xarakterin quruluşu. Həyat faktlarından göründüyü kimi, insan xarakteri çoxcəhətli xüsusiyyətlərə malikdir. İnsan xarakterində müxtəlif özünəməxsus əlamətləri müşahidə etmək mümkündür. Bu əlamətlər bir-birindən ayrı deyil, vəhdət halında birləşərək xarakterin vahid strukturunu yaradır.

Xarakterin strukturunda olan əlamətlər bir-biri ilə qanunauyğun şəkildə bağlıdır. Təcrübə göstərir ki, əgər insan qorxaqdırsa o düşünməyə belə əsas verir ki, həmin insan təşəbbüskarlıq, qətiyyətlilik və müstəqillik, əliaçıqlıq keyfiyyətlərinə malik ola bilməz. Bununla belə xaraktercə qorxaq olan insanda mütləq sünilik və yaltaqlıq, konformluq, acgözlük, xəsislik, satqınlığa hazır olamaq əlamətləri özünü göstərəcəkdir. Lakin bu zaman həmin əlamətlər arasında qorxaqlıq üstünlük təşkil edəcəkdir.

Xarakter əlamətləri içərisində bəziləri əsas, aparıcı əlamət kimi özünü göstərəcək və bütün kompleksin təzahürünün inkişafına istiqamət verəcəkdir. Bunlarla yanaşı olaraq xarakterdə ikinci dərəcəli əlamətlər də mövcud olur ki, onlar bir halda əsas əlamtlərə tabe olur, onlarla şərtlənir, digər halda əsas əlamətlərlə uyğunlaşa bilmir.

Xarakter əlamətləri insanın müxtəlif münasibətləri ilə müəyyən edilən xassələr sisteminə malikdir. Bu münasibətlər eyni zamanda xarakterin önəmli əlamətlərini təsnif etmək üçün əsas rol oynayır. Bu baxımdan insanın münasibətlər sistemini və xarakter əlamətlərini aşağıdakı şəkildə qruplaşdırmaq olar:

1. İnsanın başqa insanlara: doğma və yaxın insanlara, təhsil və iş yoldaşlarına, tanıdığı və az tanıdığı insanlara münasibətdə ifadə olunan xarakter əlamətləri. Bunlara sədaqətlilik, prinsipiallılıq və prinsipialsızlıq, ünsiyyətlilik və qapalılıq, doğuruçuluq və yalançılıq, mərifətlilik və kobudluq, qayğıkeşlik və laqeydlik və s. aid etmək olar.

2. İnsanın özünün özünə münasibətini bildirən xarakter əlamətləri. Bunlara heysiyyət, öz gücünə inam və inamsızlıq, şöhrətpərəstlik, lovğalıq, təcavüzkarlıq, özü haqqında yüksək fikirdə olmaq və s. aid etmək olar.

3. Əməyə münasibətdə özünü göstərən xarakter əlamətləri. Bunlara vicdanlılıq, əməksevərlik, tənbəllik, təşəbbüskarlıq, işə məsuliyyətli və məsuliyyətsiz münasibət, ciddilik və s. aid etmək olar.

4. İnsanın əşyalara münasibətini ifadə edən xarakter əlamətləri. Bunalara səliqəlilik və ya pintilik, əşyalara qayğılı və qayğısız münasibət və s. aid etmək olar.



3. Xarakter haqqında təlimlər tarixindən. Xarakteri araşdırmaq cəhdləri hələ qədim zamanlardan olmuşdur. Xarakterin qruplaşdırılması üzrə ilk cəhd Platona məxsusdur. O, etik prinsiplər əsasında xarakterin tipologiyasını yaratmışdır. Qədim yunan ədəbiyyatında Afina cəmiyyətində yayılmış xarakter tipologiyası Teofrast təsvir etmişdir. XIX əsrin birinci yarısında xarakter haqqında elm yaranmağa başladı. Frenologiyanın yaradıcısı Qall insan xarakterinin formalaşdığı 27 elementar psixi xüsusiyyətləri sadalayır. XIX əsrin sonlarında xarakter problemi üzrə ilk maraqlı əsərlər kimi: F.Cordonun “İnsanın genealogiya və bədəni nöqteyi-nəzərdən xarakter” və F.Polanın “Xarakterin psixologiyası” kitabları meydana gəlir.

XX əsrin əvvəllərində A.F.Lazurski ilk dəfə olaraq təkcə insanın subyektiv xüsusiyyətlərini deyil, həm də onun dünyagörüşünü, “ictimai baxışlarını” nəzərə alan xarakterin psixososial təsnifatını yaratmağı təklif etdi. Lazurski insanın ətraf mühitə uyğunlaşma dərəcəsindən və ətraf mühitin insana hansı dərəcədə təzyiq göstərməsindən asılı olaraq üç psixoloji səviyyə ayırd edirdi: aşağı səviyyə-kifayət qədər uyğunlaşma qabiliyyəti olmayan insanlar; orta səviyyə- ətraf mühitdə öz yerini tapa bilən və ondan öz məqsədləri üçün istifadə edə bilən insanlar; ali səviyyə- yaradıcı səviyyədir. O, ətraf mühiti dəyişdirməyə çalışan insandır.

E.Fromm insanları dörd tipə ayırır: mazoxist, sadist, konformist, tənha tip.

K.Yunq tərəfindən irəli sürülən ekstravert introvert tipli xarakterlərin təsnifatı geniş yayılmışdır. Ekstravertlərə coşqunluq, təşəbbüskarlıq, uyuşqanlıq, ünsiyyətlilik xasdır. İntrovertlər üçün öz daxili aləmində baş verənlərdə şəxsi maraqlarını güdməsi, ünsiyyətsiz, qapalı, özünü təhlilə meyl, uyğunlaşmada çətinlik çəkmək xarakterikdir. Həmçinin xarakteri konform və sərbəst, hakim və itaətkar, normativ və anarxist tiplərə də ayırmaq olar.

Məşhur alman psixiatrı K.Leonqardın fikrincə, 20%- 50% insanlarda xarakterin bəzi əlamətləri o qədər kəskinləşir ki, (diqqəti cəlb edir) mübahisələrə və əsəb pozuntusuna gətirib çıxarır. Xarakterin aksentuasiyası onun ayrı-ayrı xüsusiyyətlərinin, digərlərinin əksinə olaraq inkişafının şişirdilməsidir və bunun nəticəsi olaraq da ətrafdakı insanlarla qarşılıqlı əlaqəni çətinləşdirir. Leonqard aksentuasiyanın 12 tipini ayırır.

Xarekterin aksentuasiyasına daha çox yeniyetmə və gənclərdə rast gəlinir (50-80%). Aksentuasiyanın tiplərini xüsusi psixoloji testlərin köməyi ilə müəyyən etmək olar. Leonqard aksentuasiyanın tiplərinin aşağıdakı təsnifatını vermişdir:




  1. Yüklə 0,86 Mb.

    Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin