Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə94/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   87   88   89   90   91   92   93   94   95
İxtisas: RİM

Kurs: 3

Fənn: Psixalogiya

Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com

MÖVZU 21: YENİYETMƏLİK YAŞI DÖVRÜNÜN PSİXOLOGİYASI
Yeniyetmə yaşı 10-11 yaşdan 14-15 yaşa qədər olan dövrü əhatə edir. Bu dövrdə yeniyetmələrdə sosial cəhətdən önəmli işlərdə süurlu şəkildə iştirak etmək meyli baş qaldırır. Bu dövrü “keçid”, “təhlükəli”, “böhran” dövrü də adlandırırlar. Həmin dövrdə oğlan və qızların fiziki və psixi inkişafında müxtəlif keyfiyyət dəyişmələri baş verir. Bu yaş dövründə uşaq orqanizminin bioloji yetginləşməsi yolunda əsaslı dəyişiklik baş verir. Bədəninin yuxarı və aşağı ətraf sahələrində sümüklər əzələlələrə nisbətən uzununa daha sürətllə inkişaf edir. Ona görə də yeniyetmənin xarici görkəmi çox qəribə olur. Bədənin ətraf hissələri gövdəyə nisbətən mütənasibliyini itirir, daha uzun görünür. Bu dəyişiklik xüsusilə cinsi yetişmənin başlanmasında özünü göstərir. Yeniyetməyə elə gəlir ki, onun hər bir şeyə gücü çatar.

Yeniyetmələrin həmyaşıdları ilə ünsiyyəti təlimə olan münasibəti ikinci plana keçirir. Hətta yoldaşları ilə ünsiyyətə nisbətən doğma insanlarla ünsiyyətin rolu xeyli azalır. Bu dövrdə oğlan və qızlar bir-biri ilə maraqlanmağa başlayırlar. Onlarda bir-birinin xoşuna gəlmək arzusu yaranır.

Yeniyetmədə özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə etmə meyli əmələ gəlir. Nəticədə yeniyetmə özü üçün öz “mən”ini bir növ kəşf edir. Mənlik şüurunun formalaşmağa başlaması və sonrakı inkişafı yeniyetmənin bütün psixi həyatına, onun təlim fəaliyyətinin xarakterinə, ətrafdakılara münasibətinə öz təsirini göstərir.

Yeniyetməlik yaşında əxlaqi şüurun inkişafı baş verir. Bu dövrdə əxlaqi şüurun formalaşmasında yaşlılarla müxtəlif fəaliyyət növlərində qarşılıqlı əlaqəsi önəmli rol oynayır. Yeniyetmələrdə əxlaqi şüurun formalaşmasında şagird kollektivinin də böyük rolu vardır.

Yeniyetməlik dövründə diqqəti cəlb edən cəhətlərdən biri də bu dövrdə yaşlılıq hissinin və meylinin formalaşmasıdır. Ona görə də yeniyetmə özünü artıq uşaq deyil, yaşlı hesab edir və onda belə bir tələbat əmələ gəlir ki, ətrafdakılar onlara uşaq kimi deyil, yaşlı insan kimi yanaşsınlar. Bunula bağlı olaraq yeniyetmə müstəqilliyə meyl edir. Böyüklər yeniyetməni hələ də uşaq hesab edir və ona tələblərlə yanaşır. Belə olduqda yeniyetmə bir növ böyüklərə öz etirazını bildirir. Bu cür ixtilaf yeniyetmənin sözə baxmamasına, böyüklərə qarşı durması hallarına gətirib çıxarır.

Yaşlılıq hissinin inkişafında yeniyetmənin özü üçün davranış etalonu kimi seçdiyi nümunənin önəmi böyükdür. Oğlanların formalaşan kişi idealının məzmununda “əsil kişiyə” xas olan keyfiyyətlər yer tutmağa başlayır. Qızların davranış və rəftarlarında qadınlıq etalon və stereotiplər önəmli rol oynamağa başlayır.

Yeniyetmələrlə bir müəllim deyil, bir neçə müəllim məşğul olmağa başlayır. Həmin müəllimlər öz davranış, ünsiyyət üslublarına, eləcə də dərsi aparma tərzlərinə görə bir-birilərindən fərqlənirlər. Ayrı-ayrı müəllimlər yeniyetmələrin qarşısına müxtəlif tələblər qoyurlar. Bu isə yeniyetmələri hər bir yeni müəllimə fərdi olaraq uyğunlaşmağa məcbur edir. Bununla yanaşı olaraq yeniyetməlik yaşı dövründə ayrı-ayrı müəllimlərə fərqləndirici münasibət özünü göstərməyə başlayır. Yeniyetmələr bəzi müəllimləri sevir, bəzilərindən zəhlələri gedir, bəzilərinə qarşı isə laqeyd olurlar.

Yeniyetmələr elmlərin əsasını sistemli şəkildə öyrənməyə, mənimsəməyə başlayırlar. Bunun üçün yeniyetmələrdən yüksək zehni inkişaf, idrak proseslərinin inkişafı tələb olunur. Yeniyetmələr yalnız dərsdə keçdiklərini deyil, eyni zamanda biliklərin yeni sahələrini müstəqil olaraq mənimsəməyə çalışırlar. Onlar müxtəlif dərnəklərdə iştirak etməyə can atırlar. Onlarda peşə marağının formalaşması sayəsində fənnləri “gərəkli” və “gərəksiz” qruplara ayırırlar. Bunlardan asılı olaraq müəllimlərə münasibətləri də müxtəlif olur.

Təlim fəaliyyəti yeniyetmələrin qavrayışına əsaslı təsir göstərir və onun inkişafını sürətləndirir. Bu dövrdə şagirdlərin qavrayışı geniş əhatəli olmaqla ardıcıl və seçici xarakter daşıyır.

Məntiqi hafizə inkişaf etməyə başlayır. Mexaniki hafizənin inkişafı ləngiyir. Yeniyetmələr materialı ümumiləşdirməyə və sistemləşdirməyə daha çox yer verməyə çalışırlar. Yeniyetmələr belə bir qənaətə gəlirlər ki, mənalı yaddasaxlama və yadasalma daha üstün önəmə malikdir. Elə materiallar da olur ki, onları hərfən yadda saxlamaq və yada salmaq lazım gəlir (tərifləri, teoremləri və s.). Bu kimi hallarda mexaniki yaddasaxlamaya ehtiyac hiss olunur.

Məntiqi hafizə fəal şəkildə inkişaf etməyə başlayır.

Yeniyetməlik dövründə diqqətin inkişafında da özünəməxsus xüsusiyyətlər müşahidə olunur. Bu dövrdə diqqətin tez-tez yayınması halları özünü göstərir. Uşağın təlim fəaliyyətindəki əsaslı dəyişikliklər, tələbat və maraq dairəsinin dəyişməsi, şagirdin ayrı-ayrı fənlərə, müəllimlərə münasibəti, keçirdiyi psixi hallar, yeni və rəngarəng təssürat bolluğu, cinsi yetişmənin başlanması ilə bağlı güclü təssüratlar, yaşlılıq hissi ilə bağlı problemlər və s. diqqətin təzahür və inkişafına, burada mənfi halların özünü göstərməsinə səbəb ola bilir.

Təlim və tərbiyənin təsiri altında yeniyetmələrdə sabit ixtiyari diqqət inkişaf etməyə başlayır. Bərpaedici təxəyyül yüksək inkişaf səviyyəsinə çatır. Yeniyetmələrdə yaradıcı təxəyyül xeyli inkişaf etmiş olur.

Yeniyetmələrdə təfəkkürün inkişafında xüsusilə irəliləyiş baş verir. Bu dövrdə təfəkkür daha ümumiləşmiş, daha dərin və mücərrəd xarakter daşıyır. Yeniyetmələr elmi anlayışları mənimsəyir və onlara istinad edirlər. Daha çox ümumi hökmlərdən istifadə edir, onların təfəkkürü daha çox mücərrəd xarakter daşımağa başlayır. Konkret və əyani-obrazlı təfəkkür öz yerini mücərrəd nəzəri təfəkkürə verir.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin