Psixologiyanin bir elm kiMİ xarakteriSTİkasi


Psixika obyektiv aləmin subyektiv inikasından ibarətdir



Yüklə 109 Kb.
səhifə2/10
tarix10.01.2022
ölçüsü109 Kb.
#108843
1   2   3   4   5   6   7   8   9   10
Psixika obyektiv aləmin subyektiv inikasından ibarətdir.

İnikas nədir? İnikas materiyanın ən ümumi xassəsidir. İnikas dedikdə iki obyektin qarşılıqlı təsiri prosesi və onun nəticəsi nəzərdə tutulur. Bu zaman həmin obyektlərdən birində əmələ gələn dəyişikliklər o birini təsiri ilə şərtlənir və sonuncunun strukturuna uyğun olur.

İvan Mikayiloviç Seçenov (1829-1905) sübut etdi ki, psixika reflekor (latınca reflexus - əks olunan deməkdir) xarakter daşıyır.

Akademik İvan Petroviç Pavlov (1849-1936) reflektor nəzəriyyəni geniş eksperimental tədqiqatlar əsasında yeni faktlarla zəngınləşdirdi. Onun ali sinir fəaliyyəti haqqındakı təlimi reflektor nəzəriyyənin inkişafında xüsusi mərhələ təşkil edir.

Psixika haqqında elmi təsəvvürlərin formalaşmasında təbiətşünaslıq mühüm rol oynamışdır.

Müasir təsəvvürlərə görə psixi funksiyalar beyin sahələrinin birgə işi sayəsində həyata keçirilən funksional sistemlər kimi fəaliyyət göstərir. Onun sistem təşkil edən mərkəzi amili işin nəticəsi və ya məqsədi ilə uzlaşırlar.




Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin