Psixologiyanın predmeti və vəzifələri


Nizaminin bədii əsərlərində çox zəngin, orijinal psixoloji ideyalar öz əksini tapmışdır. Nizami



Yüklə 102,58 Kb.
səhifə11/60
tarix31.12.2021
ölçüsü102,58 Kb.
#112181
1   ...   7   8   9   10   11   12   13   14   ...   60
psixologiya imtahan

Nizaminin bədii əsərlərində çox zəngin, orijinal psixoloji ideyalar öz əksini tapmışdır. Nizami ruhla bədənin vəhdətini qeyd etmiş, insanın daxili aləminə dərindən nüfuz edərək əsərlərində dəqiq psixoloji təsvirlər vermiş, mühitin təsirilə şəxsiyyətdə baş verən psixoloji dəyişiklikləri, onun yeniləşməsi, ehtirasın, dərin məhəbbət hissinin insana təsirini və s.kimi psixoloji problemlərə toxunmuşdur. Böyük mütəfəkkirin əsərlərində insan münasibətlərinin ətraflı sosial – psixoloji təhlili verilmişdir. Həmin ideyalar sonrakı dövrlərdə Azərbaycanda psixoloji fikrin inkişafına böyük təsir göstərmişdir.

XII-XVI əsrlərdə, xüsusən Nəsrəddin Tusi, Nəsimi, Füzuli yaradıcılığında psixoloji ideyalar daha qabarıq surətdə özünü göstərmiş, “Əxlaqi Nasiri”, “Alicənab insanların xarakteri və keyfiyyətləri” (N.Tusi), “Mətləül-etiqad”, “Həqiqətüs-süəda”, “Hədisi-ərbəin” (M.Füzuli) kimi xüsusi fəlsəfi – psixoloji əsərlər yazılmışdır.

Nəsimi şəxsiyyətin mənəvi azadlığının carçısı kimi insani, onun yaradıcı dühasını tərənnüm etmişdir. Nəsiminin nöqteyi-nəzərincə, insan mürəkkəb struktura malik, həm genetik, həm də sosial cəhətdən şərtlənmiş dərin fərdiyyəti olan şüurlu varlıqdır.


Yüklə 102,58 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin