Füzulinin ölməz “Leyli və Məcnun”poemasında məcnunluq psixoloji fenomen kimi səslənir. Leylinin şam, pərvanə, bulud, səba, Məcnunun isə ceyran, göyərçin, dağ ilə söhbətləri dünya ədəbiyyatında psixoloji təhlilin, yəni tənhalıq halətinin psixoloji təzahürlərinin adekvat surətdə əksedilməsinin parlaq nümunələridir.
A.Bakıxanovun “Nəsihətnamə” və “Təhzibü-əxlaq”əsərlərində müxtəlif etik problemlər müəyyən psixoloji konteksdə təhlil olunmuşdur.
Axundovun əsərləri, “Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüdövləyə yazdığı üç məktub və Cəlalüdövlənin ona göndərdiyi cavab” adlı məşhur əsəri mühüm əhəmiyyət daşıyır.
Psixologiya elminin (II mərhələ).
Azərbaycanda psixologiya elminin inkişafını tarixi planda nəzərdən keçirsək, şərti olaraq onun iki mərhələsini fərqləndirə bilərik: 1-ci mərhələ lap qədim zamanlardan başlayaraq XIX əsrin 70-80-cı illərinə qədər davam edir; 2-ci mərhələ isə (XIX əsrin 70-80-cı illərindən müasir dövrə qədər) psixologiyanın müstəqil elm kimi inkişaf mərhələsidir.
Azərbaycanda psixoloji fikrin inkişafında XIX əsrin yazıçı və mütəfəkkirləri daha mühüm rol oynamışdır. A.Bakıxanovun “Nəsihətnamə” və “Təhzibü-əxlaq” əsərlərində müxtəlif etik problemlər müəyyən psixoloji konteksdə təhlil olunmuşdur. M.F.Axundovun əsərləri, xüsusilə də “Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüdövləyə yazdığı üç məktub və Cəlalüdövlənin ona göndərdiyi cavab” adlı məşhur əsəri mühüm əhəmiyyət daşıyır.
Azərbaycanda ilk psixologiya laboratoriyası1926-cı ildə F.Ə.İbrahimbəyli tərəfindən yaradılmışdır. Lakin bu yaxşı başlanğıc repressiya illərində heçə endirildi. Yalnız Böyük Vətən müharibəsindən sonra, yəni XX əsrin 50-ci illərində orta məktəblərdə psixologiyanın tədrisinə başlanması ilə əlaqədar olaraq respublikanın əsas ali məktəblərində psixologiya şöbələri (ADU, APİ) təşkil olunur. Bu cəhət psixologiya üzrə elmi kadrların hazırlanmasına da mühüm təkan oldu. Əsrin 60-cı illərinə qədər onlarla mütəxəssis namizədlik dissertasiyası müdafiə edərək psixologiya üzrə elmi dərəcə aldı. Bununla bərabər, əsrin 60-70-ci illərində psixologiya üzrə ana dilində dərslik və dərs vəsaitləri yazılıb çap olundu. Bu sahədə xüsusən də M.C.Məhərrəmov, F.Ə.İbrahimbəyov, Ş.S.Ağayev, Ə.S.Bayramov, Z.M.Mehdizadə, Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev, Ə.Ə.Qədirov və başqalarının xidmətləri böyük olmuşdur. Həmin dövrlərdə psixologiya elminin ayrı-ayrı problemlərinə dair monoqrafiyaların nəşr edilməsi də diqqəti cəlb edir. Elə bunun nəticəsi olaraq 60-70-ci illərdə, eləcə də sonrakı dövrlərdə respublikada psixologiya üzrə elmlər doktorlarının sayı artmağa başladı (Ş.S.Ağayev, Ə.S.Bayramov, M.Ə.Həmzəyev, Ə.Ə.Əlizadə, Ə.Ə.Qədirov, M.S.Nəcəfov, Q.E.Əzimov, Ə.T.Baxşəliyev, S.İ.Seyidov, B.H.Əliyev və b.). Psixologiya elminin inkişafı üçün Bakı Dövlət Universiteti nəzdində sosial elmlər və psixologiya (1991) fakültəsinin təşklil də mühüm rol oynamışdır. Həmin fakültənin psixologiya şöbəsini bitirən onlarla gənc mütəxəssis ciddi elmi-tədqiqat işi aparmış və respublikamızda psixlogiya elminin inkişafına yaxından köməklik göstərmişlər. Əlbəttə, bütün bu müvəffəqiyyətlərlə yanaşı respublikada psixologiya elminin müasir səviyyədə inkişaf etdirilməsi üçün hələ də çox işlər görülməlidir. Bunun üçün ilk növbədə elmi-tədqiqat psixologiya laboratoriyalarının yaradılmasına, onların yüksək ixtisaslı elmi kadrlarla, müasir cihazlarla təmin edilməsinə xüsusi diqqət yetirilməlidir.
Müasir dövrdə psixologiya elminin əhəmiyyəti.
Müasir dövrdə psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi diqqəti cəlb edir. Təsadüfi deyildir ki, hazırda insan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya nüfuz etməsin. Mübaliğəsiz demək olar ki, hazırkı dövrdə bütün dünyada hər cür fəaliyyətin və insan münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiində görürlər. Lakin nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya başqa elmlərdən təcrid olunmuş şəkildə deyil, onlarla vəhdətdə mövcuddur və fəaliyyət göstərir. Bəs elmlər sistemində psixologiya elmi hansı yeri tutur, onun başqa elmlərlə qarşılıqlı əlaqəsi nədən ibarətdir? Elmlər sisteminin təsnifatını verən B.M.Kedrov bu sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmişdir. Onun “elmlər üçbucağı”nda bunu aydın görürük. B.M.Kedrova görə psixologiya bir tərəfdən fəlsəfə elmləri, digər tərəfdən təbiət elmləri, üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq mövqe tutur.
Psixologiya çoxsahəli bir elmdir. Müasir dövrdə psixologiya elminin nisbətən müstəqil şəkildə inkişaf edən müxtəlif sahələri vardır. Məhz buna görə də “psixologiya elmi” deyil, “psixologiya elmləri” termininin işlədilməsi daha çox yerinə düşərdi. Belə ki, hər 4-5 ildən bir psixologiya elminin yeni bir sahəsinin yaranmasının şahidi oluruq.
Beləliklə də, psixoloji elmlər sistemi ümumi psixologiyadan və psixologiya elminin müxtəlif sahələrindən ibarətdir.
Ümumi psixologiya psixologiya elminin əsas problemlərini nəzəri və eksperimental istiqamətdə işləyir. Psixologiyanın metodoloji, nəzəri-tarixi məsələlərinin, məsələn, psixi proseslərin əmələ gəlməsi, psixoloji qanunların müəyyən edilməsi, tədqiqat metodlarının nəzəri-praktik məsələlərinin öyrənilməsi onun baçlıca vəzifəsidir. Ümumi psixologiya fəaliyyət və ünsiyyətin, eləcə də şəxsiyyətin ümumi psixoloji məsələlərini öyrənir. Ümumi psixologiya psixologiya elminin hər bir sahəsinin inkişafının fundamental əsasını təşkil edir.
Müasir ensiklopediya və lüğətlərdə psixologiya elminin yüzdən çox sahəsi haqqında məlumat verilir. Bunları sadalamaqla təsvir etmək məqsədəuyğun deyildir. Psixoloji tədqiqatlar göstərir ki, psixoloji fənlərin böyük əksəriyyəti konkret fəaliyyət sahələrini öyrənir. Müasir psixoloji fənləri təsnif etmək üçün mövcud ədəbiyyatda aşağıdakı üç prinsipdən istifadə olunur:
Dostları ilə paylaş: |