Psixologiyanın predmeti və vəzifələri



Yüklə 102,58 Kb.
səhifə16/60
tarix31.12.2021
ölçüsü102,58 Kb.
#112181
1   ...   12   13   14   15   16   17   18   19   ...   60
psixologiya imtahan

Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. İdrak proseslərinə (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyül), iadi proseslərə və emisional proseslərə birlikdə psixi proseslər deyilir. Başqa sözlə, psixi proseslər özləri də üç yarımqrupa bölünür: idrak prosesləri, hissi proseslər, iradi proseslər.

Psixi hallar. Psixi hadisələrin 2-ci qrupunu təşkil edən psixi hallar və ya vəzifələr də müxtəlifdir. Şən əhval, affektlər, ehtiraslar, dalğınlıq, inamsızlıq, şübhə və s. psixi hallara misal ola bilər.

Psixi xassələr də psixologiya elminin kateqoriyaları içərisində mühüm yer tutur. Temperament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın onun üçün səciyyəvi olan əqli keyfiyyətlərini (ağlın tənqidiliyi və ya müstəqilliyini), emisional xassələrini (tez özündən çıxma, emisionallıq) və s. də ps ixi xassələrə aid edirlər.

Psixi proseslər, hallar və xassələr bir-birilə üzvi surətdə əlaqəlidirlər. Onlardan biri adətən o birisinin əsasında əmələ gəlir. Psixi halətlər və ya vəziyyətlər ayrı-ayrı psixi proseslərin, məsələn, əhvallar, dalğınlıq, diqqətin, iradənin, təfəkkürün təzahürü kimi özünü göstərir. Onlar isə möhkəmlənib bir adamı başqasından fərqləndirən psixi xassə kimi təzahür edə bilər. Psixi proseslər, psixi hallar və psixi xassələrin hamısına birlikdə psixika və ya psixi hadisələr deyilir. Psixologiya bir elm kimi psixikanın faktlarını, qanunauyğunluqlarını və mexanizmlərini öyrənir. Bu səbəbdən psixologiya elminə daha dəqiq tərif verə bilərik: Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir.



  1. Hər bir elm öz mövzusunu müəyyən üsul və tərzlərlə öyrənir. Psixologiyanın özünəməxsus mövzusu olduğu kimi, üsulları da vardır. Bu üsullar psixi hadisələrin qanunauyğunluqlarını elmi surətdə öyrənmək imkanı verir. Psixi hadisələriöyrənərkən müxtəlif üsullardan istifadə etmək olar. Bu üsulların seçilməsi öyrənilən psixi hadisənin xüsusiyyətlərindən və qarşıda duran konkret məqsəddən asılıdır. Psixologiyada tətbiq olunan belə üsullara müşahidə, eksperiment, fəaliyyət məhsullarının təhlili, müsahibə və tərcmeyi – halı öyrənmə aiddir.

  1. Müşahidə üsulu. Məlumdur ki, psixi hadisələr insanın daxilində gizli qalmayıb, müxtəlif iş və rəftarlarda aşkara çıxır. Biz hər hansı psixi prosesin xarici təzahürlərini izləməklə onu bu və ya başqa dərəcədə öyrənə bilərik. Psixi hadisələrin gedişinə qarışmadan onların xarici ifadəsinin məqsədəuyğun və planlı şəkildə izlənib öyrənilməsinə müşahidə üsulu deyilir. İnsanın psixi həyatını öyrənərkən qarşıya qoyulan məqsəddən asılı olaraq müşahidə vaxtaşırı ya da uzunmüddətli ola bilər.


  2. Yüklə 102,58 Kb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin