Psixologiyanın predmeti və vəzifələri



Yüklə 102,58 Kb.
səhifə17/60
tarix31.12.2021
ölçüsü102,58 Kb.
#112181
1   ...   13   14   15   16   17   18   19   20   ...   60
psixologiya imtahan

Eksperiment üsulu. Psixi hadisələrin qanunlarını qısa müddətdə və daha ətraflı öyrənmək üçün onların özlərini və ya baş verdiyi şəraiti qəsdən, niyyətli surətdə dəyişdirmək olar. Məsələn, adamın xarakterində mərdlik olduğunu öyrənmək üçün ya təbii şəraitdə uzun müddətə onu müşahidə etmək, ya da həmin şəxsi qəsdən mərdlik tələb edən şəraitə salaraq onun özünü necə apardığını izləmək olar. İkinci halda biz həmin şəxsin psixi həyatına qəsdən müdaxilə edir və onda əmələ gələn dəyişiklikləri öyrənirik. Psixi hadisələrə müdaxilə edərək baş verən dəyişikliklərə əsasən onları tədqiq etməyə eksperiment üsulu deyilir. Eksperiment üsulu psixologiyada XIX əsrin ortalarından tətbiq edilməyə başlanmış və elmin inkişaf etməsində böyük rol oynamışdır. Həmin üsullar indi də geniş və səmərəli istifadə edilir. Eksperiment üsulundan insanın psixi həyatının xüsusiyyətlərini öyrənmək üçün hmişə və hər yerdə istifadə etmək mümkündür. Çünki bu müşahidə üsulu kimi uzun vaxt tələb etmir və ço gözləmək lazım gəlmir. Eksperiment laboratoriyada və ya təbii şəraitdə aparıla bilər.

  • Müsahibə üsulu. İnsanın daxili mənəvi aləminin bəzi cəhətlərinin xüsusiyyətləri onun nitqində, sual və cavablarında da aşkara çıxır. Psixi həyatın xüsusiyyətlərini ğyrənmək üçün müyyən məqsəd və planauyğun şəkildə aparılan söhbətdən ibarət üsula müsahibə deyilir. Müsahibə müəyyən məqsəd daşımalıdır. Müsahibə bəzən müşahidə əsasında əldə edilən məlumatı, bəzən də eksperimentin nəticələrini yoxlamaq və daha da dəqiqləşdirmək məqsədi daşıya bilər.


  • Yüklə 102,58 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   13   14   15   16   17   18   19   20   ...   60




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin