Psixologiyanın predmeti və vəzifələri


Tələbatlar insanın konkret həyat şəraitindən asılılığını ifadə edən və onun bu şəraitdə aktivliyini şərtləndirən özünəməxsus psixi halətdir



Yüklə 102,58 Kb.
səhifə29/60
tarix31.12.2021
ölçüsü102,58 Kb.
#112181
1   ...   25   26   27   28   29   30   31   32   ...   60
psixologiya imtahan

Tələbatlar insanın konkret həyat şəraitindən asılılığını ifadə edən və onun bu şəraitdə aktivliyini şərtləndirən özünəməxsus psixi halətdir. Bu tərifdə tələbatların 3 xüsusiyyəti qeyd olunur. Onları qeyd olunan dərslik ədəbiyyatında göstərildiyi kimi ayrı-ayrılıqda nəzərdən keçirək.

Hər hansı bir canlı varlıq kimi insan da yaşamaq və inkişaf etmək üçün özünün ehtiyaclarını təmin etməlidir. Məlumdur ki, “insanlar siyasət ilə, elm, incəsənət, dil və s. ilə məşğul ola biləndən əvvəl birinci növbədə yeyib-içməlidirlər, mənzilə malik olmalıdırlar, geyinməlidirlər” (K.Marks).



İnsanın ehtiyacları onun üçün psixoloji məna kəsb edir və tələbatlar kimi təzahür edirlər. Deməli, ehtiyac və tələbat sinonim sözlər deyildirlər. Bu tərifdə tələbatların xüsusiyyəti qeyd olunur. Onlar ayrı-ayrılıqda nəzərdən keçirək.

  1. Tələbatlar insanın özünəməxsus psixi halətdir. İnsan yaşaması və inkişaf etməsi üçün zəruri olan hər hansı bir obyektə ehtiyac hiss etdikdə, nə isə bir gərginlik keçirir, narahat olur. Tələbatların əmələ gəlməsi və təmin olunması prosesi həmişə özünəməxsus emosiya və hislərlə müşayiət olunur.

  2. Tələbatlar insanın konkret həyat şəraitindən asılılığını Kado edir. Tələbatların bu mühüm xüsusiyyətlərini aydınlaşdırmaq üçün əvvəlcə eyni bir adamı iki situasiyada təsəvvür edək. Birinci situasiya- tutaq ki, isti yay günlərindən biridir. O, dənizdə çimmək istəyir. İkinci situasiya – avqust ayının 31-dir. Həmin adam universitetin biologiya fakultəsinə qəbul olunmuşdur. Sabah ilk dəfə tələbə kimi universitet auditoriyalarına daxil olacaqdır.

İnsanın tələbatları olduqca müxtəlifdir. Lakin onların aktuallaşdırılması konkret həyat şəraitindən asılıdır. Nəzərdən keçirdiyimiz nümunələrdə tələbatların mahiyyətini başa düşmək üçün xüsusi əhəmiyyətə malik olan bu cəhət özünün aydın ifadəsini tapmışdır. Hətta insanın yeyib-içməyə, mənzilə, geyimə və s. tələbatları da konkret həyat şəraitindən asılı olaraq müxtəlif məzmun və formalarda ifadə olunur.

  1. Tələbatlar insanın konkret həyat şəraitində aktivliyini şərtləndirir. İnsan öz tələbatlarını təmin etməlidir. əgər belə bir imkan yoxdursa, o, müvafiq tələbatı yaxın tələbatla əvəz etməli, hətta lazım gəldikdə onu boğmalıdır. Özünün bu xüsusiyyətlərinə görə tələbatlar konkret istiqamətə malik olur: insanı onları təmin etmək üçün müvafiq üsul və vasitələr axtarmağa təhrik edir. Bu o deməkdir ki, şəxsiyyətin fəallığının mənbəyini tələbatlar təşkil edir.

Fəaliyyət insanın onu əhatə edən əşyavi aləmlə, onun özünə və başqalarına fəal münasibətini əks etdirən onun tələbatlarını ödəməyə yönəldilmiş prosesdor. Fəaliyyət sistemdir, onun özünəməxsus daxili keçid və dəyişmələri olub, özünəməxsus inkişaf yolu vardır. Hər hansı bir fəaliyyətin başlanmasının əsasında mütləq müəyyən tələbat və yaxud tələbatlar şəbəkəsi durur. Başqa sözlə, insan fəallığının əsasında tələbatlra durur, onun (fəallığın) mənbəyini təşkil edir. Tələbatlar orqanizmin mühüm daxili gücünü təşkil etməklə onu fərdin və nəslin yaşaması və inkişafı üçün zəruri olan keyfiyyətcə müəyyən fəallıq formasını (fəaliyyəti) həyata keçirməyə təhrik edir. Özünün ilkin bioloji formasından tələbatlar orqanizmin ondan kənarda olan, həyat və fəaliyyəti üçün zəruri olan nəyə isə hiss etdiyi ehtiyac kimi meydana çıxır. Lakin ehtiyacı tələbatlarla eyniləşdirmək düzgün olmazdı. Tələbatlar insanın dərk olunmuş ehtiyacları olmaqla daha geniş anlayış kimi qəbul edilir. Tələbatlar insanın ehtiyacları ilə yanaşı onun öz ehtiyaclarına münasibətini də əks etdirir. Bu baxımdan tələbatlar insanı konkret həyat şəraitindən asılılığını ifadə edən və onun bu şəraitdə fəallığını şərtləndirən özünəməxsus psixi halətdir.

Hər hansı bir canlı varlıq kimi insan da yaşamaq və inkişaf etmək üçün özünün ehtiyaclarını təmin etməlidir. İnsanlar , elm, incəsənət, dil ilə məşğul olmazdan əvvəl yeyib-içməlidirlər, mənzilə malik olmalıdırlar, geyinməlidirlər” (K.Marks).

Tələbatları predmetinə görə iki yerə - maddi və mənəvi tələbatlara bölürlər. Qidaya, geyimə, mənzilə, məişət əşyalarına və s. olan tələbatlar predmetinə görə maddi tələbatlar hesab olunur. Mənəvi tələbatlara əmək, ünsiyyət, qəzet və jurnal oxumaq, rəsm əsərlərinə, təbiət mənzərələrinə, kinoya və digər tamaşalara baxmaq, musiqi dinləmək misal göstərmək olar.Bu tələbatlar içərisində əmək tələbatının əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Əmək insan tələbatlarınının formalaşmasının ən başlıca şərtidir.


Yüklə 102,58 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin