Psixologiyanın predmeti və vəzifələri


Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələalmaq, məsuliyyətlilik, intizamlılıq, müstəqillik, səbrlilik və



Yüklə 102,58 Kb.
səhifə35/60
tarix31.12.2021
ölçüsü102,58 Kb.
#112181
1   ...   31   32   33   34   35   36   37   38   ...   60
psixologiya imtahan

Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələalmaq, məsuliyyətlilik, intizamlılıq, müstəqillik, səbrlilik və

Müstəqillik– həm iradi hərəkətin motivində, həm də qərar qəbulunun xarakterində təzahür edir. Müstəqilliyin mahiyyəti ondan ibarətdir ki, insan öz davranışını təsadüfi təsirlərə, ətrafındakıların təzyiqinə deyil, müvafiq şəraitdə necə hərəkət etmək haqqında öz bilik, əqidə və təsəvvürlərinə əsaslanaraq müəyyən edir.

Qətiyyətlilik. Bu iradi keyfiyyət öz vaxtında, lüzumsuz tərəddüdə yol vermədən kifayət qədər əsaslandırılmış qərar qəbul etmək və onu düşünülmüş bir şəkildə həyata keçirmək qabiliyyətində ifadə olunur. Bu mühüm iradi keyfiyyətin əksini qətiyyətsizlik təşkil edir. Qətiyyətsizlik qərar qəbulu prosesində təzahür edə bilər. Belə ki, qətiyyətsiz insan tərəddüd edir, seçdiyi hərəkətin düzgünlüyünə inanmır, ona şübhə ilə baxır, motivlər mübarizəsi nəhayətsiz prosesə çevrilir.

Təkidlilik.Qətiyyətlə yanaşı, nəzərdə tutulmuş qərarların müvəffəqiyyətlə həyata keçirilməsini təmin edən olduqca mühüm iradi keyfiyyətlərdən biri təkidlilikdir. Təkidlilik insanın uzun müddət və zəifləməyən enerji gərginliyinə qabil olduğunu göstərir. Planlaşdırılmış məqsədə çatmaq yolunda meydana çıxan çətinliklər onu qorxutmur. O, dönmədən qarşısına qoyduğu məqsədə doğru hərəkət edir. Təkidlilik ilə tərslik arasında böyük fərq vardır. Tərslikreal şəraiti düzgün qavrayıb qiymətləndirə bilməməkdə, dəyişmiş şəraitə çevik münasibət göstərə bilməməkdə ifadə olunur. İnsan iradəsinin zəifliyi bunda özünü göstərir.

Cəsarət – iradənin çox mühüm keyfiyyəti olub, iradi işin icramərhələsində özünü göstərən psixi xüsusiyyətdir. Qəbul edilmişqərarın icrası zamanı, tapşırığın, işin müvəffəqiyyətli həllindən ötrüqorxu hissinə qalib gəlmək, təhlükəyə qarşı getməkdə, risq etməkdətəzahür edir.
Məsuliyyətlilik – mühüm iradi keyfiyyətlərdən biri olub, şəxsin yerinəyetirdiyi fəaliyyət, davranışvə rəftarı qarşısında daşıdığı cavabdehlikhissi ilə sıx bağlıdır. İntizamlılıq – Şəxsin qəbul edilmiş qayda və qanunlara əməl etməsi iləxarakterizə olunan keyfiyyətdir. İnsanın fəaliyyət və ünsiyyətprosesində, mövcud sosial normalara, etalonlara və s. hörmətləyanaşması, şəxsin intizamlı olmasını bildirir.

  1. İradə haqqında anlayış.

İradə - insanın müəyyən məqsədə yönəlmiş və bu məqsədə çatmaq uğrunda mübarizəsi prosesində meydana çıxan maniyələri aradan qaldırmaq üçün tələb olunan səylərə bağlı şüurlu hərəkətlərdir. O, insanın öz fəaliyyətini şüurlu surətdə tənzim etməsində, özünü idarə etmək bacarığında ifadə olunur.

İradə insanın bütün psixi proses və xüsusiyyətləri ilə sıx və qarşılıqlı əlaqədədir. Buna görədir ki, iradənin tərbiyəsi təcrid edilmiş halda deyil, ümumiyyətlə, şəxsiyyətin tərbiyəsi ilə birlikdə həyata keçirilir.

Böyük rus alimi İ.M.Seçenovisbat etmişdir ki, orqanizmlə xarici mühit vəhdətdədir; heyvan və insan davranışları reflektor xasiyyət daşıyır, başqa sözlə desək, reflekslər məcmusundan ibarətdir. Bu reflekslərin səbəbi, onları törədən xarici aləmdir. Dahi alim özünün “Baş beynin refleksləri” adlı məşhur əsərində göstərir ki, adətən ixtiyari adlandırdığımız şüurlu icra olunan bütün hərəkətlər xarici aləmin təsiri ilə törəyir, başqa sözlə desək, həmin şüurlu hərəkətlər refleks kimi cərəyan edir. Bu isə o demədir ki, “insanın hər cür hərəkətinin ilk səbəbi ondan xaricdədir.


Yüklə 102,58 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin