Patopsixologiyadapsixi vəziyyət, iradəsizlik, fəaliyyətə həvəsdüşkünlüyü iradənin patopsixologiyasıdır və buna abuliya deyilir(yunanca: abulia - qətiyyətsizlik) Zəif iradəlilik– məqsədəuyğunluğun və yüksək niyyətlərin yoxluğudur. Zəif iradəlilər üçün özlərinin maraq dairələrini genişləndlirmək faydalıdır. İradə «lazımdır», iradəsizlik isə «istəyirəm» motivi ilə hərəkətə gəlir. Bernard Şou yazırdı: «İradə olmayan yerdə yol da yoxdur». Kibernetiklər iradəni həyati mübarizəni əks etdirən bir oyun anlayışıkimi təyin edirlər. Qədim romalılar deyirdilər: Cəsurlara tale kömək edir (audaces fortuna adjuvat)
İradi işin mərhələləri aşağıdakılardır: Qarşıya məqsədin qoyulması mərhələsi. Bu mərhələdə məqsəd şəxsiyyətə aydın olur, o müəyyən tələbatlarını ödəmək istədiyini dərk edir.