Motivlərin əmələ gəlməsi mərhələsi. Bu mərhələdə insan məqsədə nail olmaq üçün rastlaşdığı çoxlu sayda motivlərdən, yaxud da yaranan motivlərdən məhz birini əsas götürür. Buna motivlərin iyerarxiyası (əhəmiyyətlərinin artmasına görə düzülməsi) deyilir. Şəxsi əhəmiyyət kəsb edən motivlər ön plana keçir (A.N.Leontyev).
Məqsədə nail olmaq üçün üsul və vasitələrdən istifadə mərhələsi. bu mərhələdə insan qarşıya qoyduğu məqsədə nail olmaq üçün hansı üsul və yollardan istifadə etmək üçün seçim edilir. O, məhz məqsədə nail olmağa daha çox ehtimallı vasitəni seçir. Məsələn, imtahana hazırlaşanda qrup yoldaşı ilə birlikdə hazırlaşmağı daha məqbul hesab edir.