Qruplarda şəxsiyyətlərarası münasibətlərin səviyyələri. Qrup daxilində mövcud olan Şəxsiyyətlərarası münasibətləri bilmədən onu idarə etmək mümkün deyildir. Məlum olduğu kimi, şəxsiyyətlərarası münasibətlər sosila qrupun ümumi fəaliyyəti əsasında yaranan çoxcəhətli rabitə və münasibətlər sistemindən ibarətdir. Şəxsiyyətlərarası münasibətlər mürəkkəb və çoxsəviyyəli quruluşa malikdir. Bunlardan birincisi ilk növbədə “gözə çarpanı” vasitəsiz asılılıq səviyyəsidir. Buraya fərdlərin emosional xoşagəlimliliyi, qrup uyğunluğu, ünsiyyətlilik və həmrəylik və s. vasitəli asılılıq səviyyəsi daxildir.
İkinci daha əsaslı səviyyə vasitəli asılılıq səviyyəsi olub şəxsiyyətlərarası münasibətlərin məcmuunu təşkil edir. Bu səviyyə fərdin kollektivçilik psixologiyasının dərəcəsi, qrup həmrəyliyi, iştirakçıların öz davranış etalonlarını kollektivin etalonlarına uyğunlaşdırmaq meylləri, kollektivdə sosial sxemlər və onların iştirakçılar tərəfindən qavranılması və s. daxildir.
Üçüncüsəviyyəni qrupun istehsalat, təlim və yaxud ictimai vəaizfələri səviyyəsini məcmuu təşkil edir. Buraya qrupun yerinə yetirdiyi vəzifəyə hazırlığı, işgüzarlığı, başqa qruplarla rabitə münasibətləri və s. daxildir.