İntellektual hisslər– insanın zehni (idrak) fəaliyyəti ilə əlaqəli şəkildə əmələ gəlir. Bu cür hisslər insanı ətraf aləmin sirlərinə, özünün eləcə də, başqasının rəftar və təəccüb, şübhə, yəqinlik, fəhm, heyrət, yenilik və s. intelektual hisslər hesab olunur. Beləliklə intellektual hisslər insanın idrak fəaliyyəti ilə əlaqədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldilən mürəkkəb hisslərdir. Təlim prosesində eyni axtarışlar zamanı, yaradıcı fəaliyyətdə zehni hisslərin hesabına insan fəaliyyəti daha da səmərəli olur. Azərbaycan xalqının müqtədir oğlu, fəlsəfi – romantik şerimizin banisi Hüseyn Cavidin fəlsəfəsi, Rene Dekartın “Hər şeyə şübhə ilə yanaş – budur həqiqətin meyarı” fəlsəfi kredosu ilə səsləşir.
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli – hikmətin babası,
Şübhə artarsa həm yəqin artar,
Mərifət nuri şübhədən parlar.
Səhvinizdən ta ki doğsun şübhələr,
Həp seçilən haqqü batil, xeyrü şər.
Dostları ilə paylaş: |